SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Yaşınıza görə ideal yuxu saatınız...

Yaşınıza görə ideal yuxu saatınız...

Tarix:

19-01-2017, 10:21

/ 1 934 dəfə oxundu.
Yaşınıza görə ideal yuxu saatınız...

Sağlam yuxu bizim həyatımızın ən önəmli məsələlərindən biridir.

Hər yaş qupunda olan insanlar üçün yuxu müddəti dəyişir. İndi isə, gəlin yaşınıza görə ideal yuxu saatınızı öyrənək:

- 3 aya qədər yenicə dünyaya gələn bir körpənin hər gün 14 ilə 17 saat yatması lazımdır, amma bu rəqəmlər 12 ilə 18 saat arasında dəyişə bilər.
- 4 aydan 11 aya qədər olan uşaqların 12 ilə 15 saat arası yatması lazımdır.
- 1 və 2 yaş arasında yeriməyə təzə başlayan uşaqların 11-14 saat yatmaları tövsiyə edilir.
- 3 ilə 5 yaş qrupuna aid və məktəbə hələ başlamayan uşaqlar üçün gündə 10-13 saat yuxu sağlam şərtin olması kimi qəbul edilir.
- Məktəb dövrünə daxil olan 6-13 yaş arasındakı uşaqlar üçün 9 ilə 11 saat arası yuxu tövsiyə edilir.
- 14 -17 yaş qrupuna aid olanlar üçün tövsiyə edilən yuxu müddəti isə 8 ilə 10 saat arasıdır.
- Yeniyetməlik dövrünün başa çatıb, yetkinlik dövrünün başladığı 18 yaşından 64 yaş arasında olan insanlar üçün 7-9 saat ideal yuxu vaxtıdır.
- 65 yaşını keçənlərə isə 7 ilə 8 saat yatmaq lazımdır.

Şərhlər

XƏBƏR LENTİ