XalqXəbər.Az

Hər gün bir portağal yeyin!

Hər gün bir portağal yeyin!
18-10-2019, 18:00

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nədir?

Xarici KİV-ə istinadən portağalın faydalarını sadalayırıq:

1. Soyuqdəymənin dərmanıdır - tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salır - tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə, gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayır - portağalın tərkibində su, kalsium, bir qədər kalori var. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki kalorisi azdır.

4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırır - tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir.

5. Ürəyinizə faydalıdır - portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.

6. Dəriyə qulluq edir - tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.