SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Uşaqları dodaqlarından öpməyin, təhlükəlidir (XƏBƏRDARLIQ)

Uşaqları dodaqlarından öpməyin, təhlükəlidir (XƏBƏRDARLIQ)

Tarix:

8-07-2019, 13:55

/ 3 491 dəfə oxundu.
Uşaqları dodaqlarından öpməyin, təhlükəlidir (XƏBƏRDARLIQ)

Son zamanlar ingilis futbolçu Devid Bekhemin qızının dodağından öpməsi dünya gündəmini zəbt edən mövzulardan birinə çevrildi. Geniş müzakirələrə səbəb olan mövzu fikir ayrılıqlarına da səbəb oldu.

Bəziləri futbolçunun tərəfini tutarkən, bəziləri isə onun bu hərəkətini qınayaraq, düzgün hesab etmədi. Hətta yerli məşhurlardan futbolçunun tərəfini tutaraq, ona haqq qazandıranlar da var idi.

Bu məsələnin psixoloji, tibbi tərəfləri nədir və s. kimi suallaran cavab tapmaq üçün mövzunu psixoloq Fərqanə Mehmanqızı və pediatr Aytən İsmayılzadə ilə müzakirə etdik.

Qaynarinfo-ya açıqlama verən psixoloq bunun əslində psixoloji cəhətdən doğru olmadığını dedi: "Olar-olmaz deyə bir şey var. Uşaqları dodaqdan öpərsək, bir müddət sonra bu onlara adi gələ bilər. Bu olarlar-olmazların yetişən vaxtı artıq bu ona adi hal kimi gəlməyə başlayır. Necə ki, valideyn onu öpəndə bu ona adi gəlir, sabah bir başqası öpəndə də adi görünəcək. Biz həmin vaxt ona deyə bilmərik "yox başqası səni öpə, toxuna bilməz". Çünki, o bunu artıq belə qəbul edib.
Hər bir insanın özəl nöqtələri olduğu kimi uşaqlarında özəl nöqtələri var. Bu onların boynu, dodaqları kimi yerlərdir. Bunları öpmək uşaqların özəl, intim yerlərinə toxunmaq deməkdir. Bu məsələdə ikinci əsas faktor isə uşaqlarda "insest"ə meyilliliyin yaranmasına gətirib çıxara bilər. Unutmamalıyıq ki, hər bir qız uşağının ilk sevgilisi atası, oğlanlar da isə anaları olur. Ata, ana öz övladına nümunə olmalıdır. Mütləq bu mövzuda onlar arasında baryer qoyulmalıdır. Baryer qoyulmasa, bu gələcəkdə böyük fəsdlar yarada bilər. Çünki onun intim zonalarına toxunmaqla biz buna yol açmış olarıq. Biz uşaqlarımızı sevə, öpə, qayğı göstər bilərik, amma bunun üçün onların dodağından öpməyə ehtiyac yoxdur. Bu məsələnin psixoloji cəhətləri gələcəkdə çox böyük ağır fəaadlar verə bilər".

Pediatr Aytən İsmayılzadənin sözlərinə görə isə uşaqların dodaqlarından öpməyin tibbi cəhətdən onların sağlamlığı üçün ziyanı var. Bu yolla uşaqlara "Epstein bar" virusu və "helikobakter pilori" infeksiyaları keçə bilər ki, bunlarda çox böyük təhlükə deməkdir.

Bəs "Epstein bar" virusu nədir?

Xalq arasında öpüş xəstəliyi kimi tanınan infeksiya EBV (Epstein-Barr virus) adlı virusa bağlı olaraq inkişaf edir. İnsandan insana tüpürcək yolu ilə yoluxma olduğu üçün öpüş xəstəliyi kimi tanınır. Tibbi adı "İnfeksiyöz mononükleoz" dur. Öpüş xəstəliyinin inkişaf müddəti təxminən 40 gündür, amma kiçik uşaqlarda bu müddət 15-20 günə qədər qısalır. Bu virusa yoluxan insanlarda xəstəliyin yaranması o insanın immunitet sistemi ilə bağlıdır. Bəzi insanlarda virus bulaşmış olsa belə, immunitet sistemi yaxşı işləyirsə, xəstəliyin klinik əlamətləri müşahidə olunmur. Xəstəlik kiçik uşaqlarda (2 yaşa qədər) heç bir əlamət vermədən də keçirilir

Uşaq da halsızlıq, boğaz ağrısı, badamcıq vəzisi böyüməsi və tempraturun səbəbi bəzən böyüklər tərəfindən tez-tez öpülməsi olur. Bu mikrob həm də immun sisteminin zəifləməsinə gətirib çıxardır.

Şərhlər

XƏBƏR LENTİ