XalqXəbər.Az

Dərini qidalandıran yağlar

yüklənir...
Dərini qidalandıran yağlar
29-03-2019, 13:32
yüklənir...

Bədəndəki çatlar hamiləlik zamanı çəki alıb-verməkdən başlayaraq, müxtəlif səbəblərdən əmələ gələ bilər.

Xarici KİV-ə istinadən sizin üçün faydalı təbii yağlar haqqında məlumat təqdim edirik:

Kalendula yağı

Kalendula yağı hüceyrələri yeniləyəcək bir tərkibə sahibdir. Xüsusi ilə həssas və zərər görmüş dərilərə yaxşı təsir edir. Kalendula yağı dəridəki qızartıları və qıcıqlanmaları azaldır. Dərini qidalandırdığı üçün çatları nəmləndirir və yumuşaldır.

Lavanda yağı

Lavanda yağı təbi antiseptik xüsusiyyəti ilə tanınan bir bitkidir. Lavandadan əldə edilən yağ dərini qidalandırır, meydana gələn qızarıqları azaldır və rahatladır. Dərini nəmləndirdiyi üçün elastiklik qazandırır və çatlara qarşı təsirlidir. Həmçinin dərinin yaşlanması ilə bağlı problemlərə də faydalıdır.

Rozmarin yağı

Rozmarin yağı qan dövranını artıraraq, çatlara və dəridəki qırışlara təsir edir.

Çobanyastığı yağı

Masaj edərək dərimizə tətbiq etdikdə həm qoxusu, həm də yumuşaqlığı ilə dərini qidalandırır, nəmləndirir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.