SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Dərinizi belə nəmləndirin

Dərinizi belə nəmləndirin

Tarix:

4-10-2018, 15:30

/ 1 858 dəfə oxundu.
Dərinizi belə nəmləndirin

Soyuq havalarda üz dərisi quruyur, elastikliyini itirir. Bunun üçün üzü daim nəm saxlayan kremlərdən istifadə etmək lazımdır.

Xarici KİV-ə istinadən üzünüzü nəmləndirəcək maskalar təqdim edirik:

2 yemək qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını, 3 yemək qaşığı yulafı, yarım stəkan çiyələyi krem halına gələnə qədər qarışdırın. Üzünüzə masaj edərək çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

2 xörək qaşığı südü və balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə 1 dəfə edin.

1 xörək qaşığı balı, 1 yumurta sarısını qarışdırıb üzünüzə çəkin. Maskanı çəkdikdən sonra 10 dəqiqə saxlayın və yuyun.

Şərhlər

XƏBƏR LENTİ