SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır

Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır

Tarix:

31-08-2018, 11:31

/ 1 768 dəfə oxundu.
Gündə 3 fincan qəhvə içmək ölüm riskini azaldır

Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri və xərçəngdən qoruyur.

Xarici mediaya istinadən xəbər veririk ki, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Alimlər hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.

Onların sözlərinə görə, dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrial, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər.

Şərhlər

XƏBƏR LENTİ