SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Arpa suyu: süd artıran vasitə - ƏMİZDİRƏN ANALARIN NƏZƏRİNƏ

Arpa suyu: süd artıran vasitə - ƏMİZDİRƏN ANALARIN NƏZƏRİNƏ

Tarix:

8-01-2018, 14:41

/ 2 024 dəfə oxundu.
Arpa suyu: süd artıran vasitə - ƏMİZDİRƏN ANALARIN NƏZƏRİNƏ

Dünyada anaların rəğbətini qazanan isveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır.
Mütəxəssis qeyd edir ki, onun tövsiyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə mütləq şəkildə ən azı sutkada 10-12 dəfə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən birbaşa əmməkdən imtina edirsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.

Arpa suyu

Arpa suyunun tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən 2000 il əvvəl südartıran içki kimi istifadə edildiyi aşkar edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.
Səhər bir çaydan arpa suyu hazırlamaqla gün ərzində onu qəbul etmək gərəkdir. Zövqə uyğun olaraq arpa suyuna təbii şirinləşdiricilər əlavə etmək olar. Arpa suyunu istənilən növ arpadan hazırlamaq olar.

Hazırlanması:

1 fincan arpanı 3 litr suya əlavə edib 2 saat ərzində bişirmək gərəkdir. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içkinin rəngi nə qədər çox çəhrayımtıl və mayesi həlimli olsa, bir o qədər təsiri çox olacaqdır. Əgər arpa suyu hazırlanarkən içmək üçün çox qatı alınarsa, ona su əlavə etmək olar. İçki hazır olduqda odun üzərindən götürülməli və süzülməlidir. Süzülmüş arpa artıq dadsız olduğundan onu atmaq da olar.
Arpa suyunda 1 xörək qaşığı razyana tozunu və ya 2-3 çay qaşığı razyana toxumunu dəmləyib içmək məsləhətdir. Hətta razyana toxumunu güldəfnə toxumu ilə əvəz etmək olar.
Bütün sadalanan vasitələri sınamamışdan öncə, əmizdirən ana özünə olan inamını və güvənini artırmalı, müsbət fikirlərə qapanmalı və ona edilən mənfi təsirlərə əhəmiyyət verməməyə çalışmalıdır.

Şərhlər

XƏBƏR LENTİ