SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR

İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR

Tarix:

6-11-2017, 14:30

/ 62 102 dəfə oxundu.
İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR

Ürək və damar sağlığını qoruyaraq infarkt riskini azaltmaqda bəzi qidaların çox faydası var. Sizə həmin faydalı qidaların siyahısını təqdim edirik.

Yulaf

Lif səviyyəsi yüksək olan yulaf pis xolesterola mane olaraq həzmə də kömək edir.

Qırmızı meyvələr

Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini azaldaraq damarları genişləndirir.

Nar

Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir və qandakı hemoqlabini artırır.

Alma və armud

Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır.

Çərəzlər

Protein və lif baxımından zəngin olan çərəzlər ürəyə xeyirdir. Həmçinin tərkibindəki E vitamini ilə pis xolesterol səviyyəsini azaldır.

Qırmızı şərab


Damarlardakı yağ hüceyrələrini azaldaraq bədəndə detoks təsiri yaradır. Arıqlamağa kömək edir.

Yaşıl çay

Gündə sadəcə bir stəkan yaşıl çay içmək metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola faydası var.

Avokado


Pis xolesterolla mübarizə aparan avokado faydalı yağlarla zəngindir.

Sarımsaq


Damarları genişləndirir, qan təzyiqini azaldır.

Tünd şokolad

Qan təzyiqini normallaşdırır və şişkinliyə qarşı faydalıdır.

Yağlı balıq


Tərkibində yağ səviyyəsi yüksək olan balıq damar tıxanıqlığının qarşısını aldığı üçün həftədə 2 -3 dəfə yeyilməlidir.

İspanaq


Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini normallaşdırır.

Qarpız


Damar sağlamlığı üçün əhəmiyyətli olan qarpız xolesterol səviyyəsini tənzimləyir.

Zeytun yağı

Sadəcə bir neçə çay qaşığı zeytun yağı pis xolesterol səviyyəsini azaldır və qan şəkərini normallaşdırır.

Şərhlər

XƏBƏR LENTİ