SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Dərimizə etdiyimiz səhv qulluğun nəticələri dərinin tez qocalmağıdır

Dərimizə etdiyimiz səhv qulluğun nəticələri dərinin tez qocalmağıdır

Tarix:

7-02-2017, 15:45

/ 1 969 dəfə oxundu.
Dərimizə etdiyimiz səhv qulluğun nəticələri dərinin tez qocalmağıdır

Dərinin qocalması – təbii proses olub bütün orqanizmin qocalması ilə əlaqədardır.

İnsan yaşa dolduqca dərialtı piy toxuması azalmağa başlayır, dəri hüceyrələri getdikcə oksigen və qidalandırıcı maddələri daha az miqdarda mənimsəməyə başlayır.Bundan savayı, dəridə daha az miqdarda kollagen və elastin lifləri istehsal olunur. Bütün bunların nəticəsində dəri öz möhkəmlik və gərginliyini itirərək sallanır və qırışmağa başlayır. Dəridə qırışların əmələ gəlməsi tədricən baş verir.

Qırışlar əvvəlcə alında, daha sonra burundan çənəyə doğru istiqamətdə, gözlərin xarici kənarlarında, daha sonda isə boyunda, burunun üstündə, çənədə və üst dodaqda əmələ gəlir. Dəridə qırışların əmələ gəlməsi prosesi, adətən, 25 yaşından sonra — kimlərdəsə bir qədər tez, kimlərdəsə gec — başlayır. Bəs bu nə ilə əlaqədardır? Bunun bir çox səbəbləri vardır ki, bunlardan da ən əsası irsiyyətdir. Dərisi yağlı olan insanlarda qırışlar quru dərisi olanlara nisbətən xeyli gec əmələ gəlir.

Dərinin qocalmasını dəriyə düzgün qulluğun olmaması, qeyri-düzgün qidalanma, siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi, streslər, yuxusuzluq, xəstəliklər və s. səbəblər sürətləndirir.Məlumdur ki, siqaret çəkən qadınlarda dəri qırışları daha tez əmələ gəlir. Nikotin dəridə oksigen azlığına və nəmliliyin azalmasına səbəb olur. Eyni zamanda dəri üçün çox vacib olan kollagen ondan xaric olunur, əvəzinə isə xeyli miqdarda toksinlər dəriyə daxil olur. Bu hal dərinin vaxtından əvvəl qocalmasına səbəb olur.

Meyvə və tərəvəzlərdən savayı, müxtəlif dəniz məhsulları da qocalma əleyhinə yüksək effektə malikdirlər. Bu məqsədlə həmçinin xeyli maye də qəbul etmək lazımdır ki, həm bütün orqanizminiz, həm də dəriniz kifayət qədər nəmliliyə malik olsunlar. Gün ərzində 1,5-2 litrə qədər maye içmək lazımdır (şorbalar daxil olmaqla).

Gözəlliklər sizinlə Olsun!

Şərhlər

XƏBƏR LENTİ