SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qarın piylərini əridən qidalar

Qarın piylərini əridən qidalar

Tarix:

5-02-2017, 22:39

/ 2 841 dəfə oxundu.
Qarın piylərini əridən qidalar

Arıq olduğu halda qarnının düz görünməməsi hər bir xanımı narahat edir. Bunun üçün bir çox idman hərkətləri edir, artıq piyləri yandırmağa çalışırlar. Tək idman yox, qidalar da qarın hissəsini düzləşdirməyə kömək olur.

Qarındakı artıq piyləri əridəcək qidaların siyahısını təqdim edirik:

Giləmeyvələr

Tərkibində az şəkər var, həzm sistemini yaxşılaşdırır, qandakı şəkərin miqdarını tənzimləyir. Qarnını düz etmək istəyənlər üçün ən yaxşı vasitə giləmeyvə yeməkdir. İş prosesində və ya günün ikinci yarısında qəbul edilməlidir.

Yumurta

Kalorisi çox olsa da, qarın düzləşdirmək üçün əla qida vasitəsidir. Tərkibi amin turşularla zəngindir, bu da qarın piylərini parçalayır. Səhər yeməyində yumurtadan istifadə etmək sizi gün ərzində tox tutacaq.

Çərəzlər

Tərkibi yağla zəngindir, amma onları düzgün miqdarda qəbul etmək arıqlamağa kömək edəcək. Tərkibindəki zülal qandakı şəkərin miqdarını tənzimləyir. Eyni zamanda adamı tox saxlayır.

Balıq

Tərkibi vitaminlərlə zəngindir, immuniteti yüksəldir, insanı tox tutur. Eyni zamanda tərkibindəki omeqa 3 yağları parçalayır.

Avokado

Ən xeyirli qidalardan biridir. Tərkibi vitaminlərlə zəngindir. Gün ərzində 1/4 avokado yemək qarın hissəsindəki piyləri parçalamağa kömək edəcək.

Şərhlər

XƏBƏR LENTİ