SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Göz altı qırışları yox edən MASKA

Göz altı qırışları yox edən MASKA

Tarix:

20-09-2017, 16:32

/ 60 439 dəfə oxundu.
Göz altı qırışları yox edən MASKA

Gözlərin altı daha həssas dəriyə malik olduğu üçün vaxtından əvvəl qırışır.
Bu cür qırışların qarşısını alan bir neçə maska təqdim edirik:

Portağal maskası

1 yumurta sarısı
1 x.q zeytun yağı
2 x.q portağal suyu
1 ç.q bal

Hazırlanması:
Portağalın şirəsini sıxın. Yumurta sarısını balla ovun, sonra yaxşı qarışdırın. Daha sonra sıxdığınız portağal şirəsini və zeytun yağını əlavə edin. Gözlərinizin ətrafına çəkin.
10-15 dəqiqə maskanı saxlayın , sonra istifadə olunmamış (təzə )sabunla üzünüzü yuyun.

Yerkökü maskası

1 kök
2 x.q kartof nişastası
1 yumurta sarısı

Hazırlanması:
Kökü blendrdə xırdalayın və ya sürtkəcin xırda gözündən keçirin. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin.
Quru dəriyə sahib olanlar isə 1 ç.q zeytun yağıda əlavə edə bilərlər. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

Şərhlər

XƏBƏR LENTİ