SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Korluq, şiddətli qulaq ağrısı, dəridə göbələk…- HOVUZLAR TƏHLÜKƏ MƏNBƏYİDİR

Korluq, şiddətli qulaq ağrısı, dəridə göbələk…- HOVUZLAR TƏHLÜKƏ MƏNBƏYİDİR

Tarix:

4-09-2017, 12:49

/ 61 595 dəfə oxundu.
Korluq, şiddətli qulaq ağrısı, dəridə göbələk…- HOVUZLAR TƏHLÜKƏ MƏNBƏYİDİR

Havaların hələ də isti keçməsi səbəbbindən dənizə və hovuzlara üz tutanların sayı çoxdur. Amma mütəxəssislər hovuzlarda çimənlərə sağlamlıq barədə xəbərdarlıq edir.

İnfeksion Xəstəliklər və Klinik Mikrobiyologiya üzrə mütəxəssis Hakan Kutlunun məsələ ilə bağlı məsləhətlərini diqqətinizə çatdırırıq: “Hovuzlar kifayət qədər dezinfeksiya edilmədiyində xəstəlik riski artır. Sağlam, xəstə ya da daşıyıcı bir çox şəxsin eynı hovuzdan istifadə etməsi və mikrobların da isti hava səbəbilə daha cox yayılması ilə bərabər ishal, dəri, nəfəs yolu infeksiyaları kimi müxtəlif problemlər ortaya çıxarır. Hovuz suyu ilə bulaşa bilən xəstəliklərin çox böyük qismi xlorlama sayəsində təsirsiz hala gətirilə bilər. Ancaq xlorlama işinin də uyğun dozalarda, müəyyən vaxt müddətində və mütəmadi şəkildə aparılması əhəmiyyətlidir. Eyni zamanda xlorlamanın hovuz suyundaki mikrobları təsirsiz hala gətirməsi üçün də bəlli bir zamanın keçməsi lazımdır”.

H. Kutlu bildirir ki, lazimi qaydada təmizlənməyən hovuzlar Hepatit A kimi bütün orqanizmə təsir göstərən çox daha ciddi infeksiyaların da bulaşmasına şərait yaradır: Bunun üçün məsləhətdir ki, daha çox dənizdən faydalanılsın”.

“Hələ də ishal olan, ya da son iki həftə içində ishal yaşamış şəxslərin hovuzlardan istifadə etməsi kirlənmənin başlıca səbəblərindən biridir. Bunun üçün qəti şəkildə hovuz suyunu içmək olmaz. Həmçinin hovuzdan istifadə etdikdən sonra duş almaq və bol miqdarda maye içmək məsləhətdir” - deyə mütəxəssis bildirir.

Onun sözlərinə görə, baxımsız hovuzlarda qulaq yolu infeksiyaları ortaya çıxa bilər: “Şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə probleminə belə yol açır. Bütün yaş qruplarında ortaya çıxsa da ən çox uşaqlar arasında rast gəlinir. Qulaqları mümkün qədər quru tutmaq, üzərkən qulaq tıxacı taxmaq lazımdır.
Qulağınıza su düşdükdə isə başınızı yerə çevirərək içəridəki suyu boşaltmaq olar”.

“Hovuz suyu ile birbaşa temasda olan gözlərdə bir çox bakteriya, virus və göbələklərə bağlı xəstəliklər ortaya çıxa bilər. Bu problemlər hətta görməni əngəlləyə, korluğa qədər gətirib çıxara bilər. Xüsusilə diabet xəstələrində immunitetin zəif olduğu vəziyyətdə infeksiya risqi də artır. Su altında gözləri açmamaq və ya üzərkən eynək istifadə etmək bu cür infeksiyalara yoluxmaqdan qoruya bilər”.

Həkimin məlumatına görə, çirkli su ilə uzun müddət təmasda olmaq dəridə göbələklərlə əlaqədar “dermatofitoz” adı verilən infeksiyalar görülür: “Bununla birlikdə hovuz ətrafında ortaq istifadə yerləri və əşyalar ayaq göbələyi, qadınlarda vaginal göbələk infeksiyalara səbəb ola bilər. Açıq yarası olan kişilərdə, hovuz suyu ilə təmas sonrası yara yerində ciddi bakteriyal infeksiyalar da ortaya çıxa bilər. Bütün bunları önləmək üçün bulanıq suyu olan və ya çirkli olduğundan şübhələndiyiniz hovuzlardan istifadə etməyin. Hovuzdan çıxdıqdan sonra sabun və ya duş gelləri ilə duş almak, dəsmalları ortaq istifadə etməkdən qaçınmaq lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ