SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qəbizliyin qarşısını alan – 5 FAYDALI MƏSLƏHƏT

Qəbizliyin qarşısını alan – 5 FAYDALI MƏSLƏHƏT

Tarix:

29-08-2017, 12:00

/ 59 504 dəfə oxundu.
Qəbizliyin qarşısını alan – 5 FAYDALI MƏSLƏHƏT

Bağırsaqlarinizda su səviyyəsinin azalması ilə birlikdə ortaya çıxan qəbzlik ən çətin bağırsaq narahatlıqlarından biridir. Xüsusilə isti havalarda lazım olan miqdarda su içməməyin nəticəsində qarşılaşabiləcəyiniz bu narahatlıqlardan təbii üsullarla qurtulmaq olar.
Təbii vasitələrlə qəbzlikdən qurtaracağınız 5 faydalı məsləhəti diqqətinizə çatdırırıq.

Bol su için

Əvvəlcə ən təbbi vasitə olan bol su istifadəsini sınaqdan keçirməlisiniz. Bağırsaqlarınızda lazimi miqdarda su olmaması səbəbi ilə tıxanıqlıq yarandığından orqanizminizə istədiyini verməyiniz çox əhəmiyyətlidir. Gün ərzində ən az 2 litr su istifadə etməyi unutmayın və bunu adət halına salın. Əks təqdirdə qəbzliyiniz davam edər və bu da başqa bağırsaq problemlerinə yol açar.

Lifli qidalar yeyin

Çox çirin yemək və gazlı içkilər içmək qəbzlik şikayetinizi daha da artıracaq. Buna görə belə qidalar və içkilərdən uzaq durub şirini qaysı, quru əncir, kişmiş kimi bol lifli quru meyvələrdən almalısınız. Xüsusilə axşamlar yatmazdan qabaq yeyəcəyiniz 4-5 dənə quru əncir sabah tualetə daha rahat getmənizə kömək olacaq.

Şorba için

Yemək seçimlərinizi şorbalardan dolayı etməniz mədənizi və bağırsaqlarınızı olduqca yüngülləşdirəcək. Xüsusilə yeməklərdən əvvəl içəcəyiniz bir kasa şorba həzminizin sürətlənməsinə çox təsir edəcək. Yeməklərdən əvvəl şorba içməyi alışqanlıq halına gətirdiyiniz təqdirdə nə qədər rahatlaşdığınızı çox qısa bir zamanda görəcəksiniz.


İdman edin

Hərəkətsiz bir yaşam sizi qəbzliklə üzləşçdirər. Sağlamlığın ən əhəmiyyətli şərtlərindən biri olan idman bu sadə problemin həlli üçün belə son dərəcə əhəmiyyətlidir. Yeməkdən sonra piyada gəzmək və gün ərzində hərəkətli bir yaşam sizi qəbzlikdən ciddi anlamda qoruyacaq.

Toxumlardan yararlanın

Qəbzliyə faydası olan şəfalı bitkilərdən bol miqdarda istifadə edin. Xüsusilə 2-3 çay qaşığı kətan toxumu bağırsaqlarınızın çalışmasında və qəbzliyə kömək edir. Eyni şəkildə istifadə edəcəyiniz quru gavalı və ya da quru kaysı da bağırsaklarınıza faydalı olacaq.

Şərhlər

XƏBƏR LENTİ