SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qarışıq tipli dərisi olanlar üçün SADƏ MASKALAR

Qarışıq tipli dərisi olanlar üçün SADƏ MASKALAR

Tarix:

28-08-2017, 13:09

/ 59 088 dəfə oxundu.
Qarışıq tipli dərisi olanlar üçün SADƏ MASKALAR

Dərisi həm quru, həm də yağlı olanlar üçün dəri baxımı daha da çətinləşir. Bunun səbəbi qarışıq tipli dərinin daha həssas olması və xüsusi qayğıya ehtiyacı olmasıdır. Qarışıq dəriyə sahib olanlar üçün faydalı maskalar təqdim edirik.

Banan maskası

Bu tip dərilərə faydalı olan banan maskasını hazırlamaq üçün yarım bananı soyun və püre halına salın. Onu 1 yumurta ilə qarışdırıb dərinizə sürtün. 15 dəqiqə gözləyin və isti su ilə yuyun. Həftədə 2-3 dəfə bu maskanı ​​tətbiq edə bilərsiz

Bal maskası

Limonlu su ilə 1 qaşıq balı qarışdırın və maska ​halına gətirin. Üzünüzə masajla tətbiq edin və 20 dəqiqə gözləyin. Daha sonra isti su ilə yuyun. Bal dərini nəmləndirir, limon isə parlaqlıq verir.

Yumurta və qatıq maskası

Bu maskaya lazım olan vəsaitlər 1 qaşıq qatıq və 1 yumurta ağıdır. Onları qarışdırın və üzünüzə vurun. Yarım saat saxlayın. Daha sonra ilıq su ilə yuyun.

Portağal maskası

Dərini təmizləyən və parlaq edən bu maska ​​üçün 1 portağal qabığını soyun və doğrayın. Üstünə 2 yemək qaşığı yumşaq pendir əlavə edin və əzin. Dərinizə tətbiq etdikdən sonra 20 dəqiqə gözləyin və isti su ilə yuyun.

Badam yağı maskası

1 çay qaşığı bal, 1 çay qaşığı badam yağı və 2 qaşıq qaymağı qarışdırıb pambıq vasitəsi ilə dərinizə yayın. 15 dəqiqə gözləyin və nəmləndirici ilə yuyun.

Yulaf maskası

Dərinin yağlı hissəsi üçün təsirli olan yulaf maskası hazırlamaqdan ötrü 1 qaşıq isti su və yarım limon suyunu 3 qaşıq yulafla qarışdırın və dərinizə sürtün.

Alma maskası

1 almanın qabığını soyaraq əzin. Ona 1 qaşıq nəmləndirici krem ​​əlavə edin və qarışdırın.

Avokado maskası

1 avokadonun yarısını 1 qaşıq kakao yağı ilə qarışdırın və incə hərəkətlərlə dərinizə tətbiq edin.

Qreypfrut və limonlu maska

1 ədəd alma şirəsini yarım limon və qreypfrut suyu ilə bir sprey şüşəsinin içərisinə tökün. 1 şüşə mineral su əlavə edərək çalxalayın. Hər səhər üzünüzə bu maskanı sıxın və isti su ilə yuyaraq günə başlayın.

Xiyar maskası

Yarım kəsilmiş xiyarı rəndələyərək püre halına salın. Ona 2 qaşıq qatıq əlavə edin. Həftədə iki dəfə mütəmadi olaraq bu maskanı ​​tətbiq edə bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ