SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Qadınların kabusu Varikozdan qorunmağın yolları

Qadınların kabusu Varikozdan qorunmağın yolları

Tarix:

2-02-2017, 11:02

/ 1 823 dəfə oxundu.
Qadınların kabusu Varikozdan qorunmağın yolları

Varikoz son illərdə ən çox qadınlarda rast gəlinən bir problemdir. Estetik olaraq xoş görünməməsi ilə yanaşı müalicə edilməzsə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.

Varikozun yaranmasında 80% ehtimalla genetik faktor rol oynayır. Əlamətləri ayaqlarda qızarıqlıq, şişkinlik və ağırlıqdır. Müəyyən müddətdən sonra göyərmələr olur.

Bu əlamətlərdən özünüzdə hiss etdiyiniz zaman ilk olaraq mütəxəssis həkimə getməlisiniz.

Varikozun ən böyük səbəbi artıq çəkidir. Bu səbəblə, nizamlı olaraq idman məşğul olmalı, kilonuzu nəzarət altında saxlamalısınız.

Uzun müddət sabit bir vəziyyətdə oturmaq da varikozun yaranma səbəbi ola bilər. Varikozdan qorunma corabı və nizamlı hərəkətlərlə də bu problemə mane ola bilərsiniz. Həmçinin varikozun qarşısını alan kremlərlə masaj edə bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ