SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Soyuq hava üz iflicinə səbəb ola bilər – DİQQƏT!

Soyuq hava üz iflicinə səbəb ola bilər – DİQQƏT!

Tarix:

1-02-2017, 12:12

/ 2 443 dəfə oxundu.
Soyuq hava üz iflicinə səbəb ola bilər – DİQQƏT!

Qarlı havanın üz iflicinə səbəb ola biləcəyi açıqlanıb. Mütəxəssislər soyuq havalarda xüsusi tədbirlər görməyi tövsiyə edirlər.

Üz iflicindən qorunmağın yollarını təqdim edirik:

Üz iflici üz əzələlərindəki sinirlərin donması nəticəsində baş verir. Soyuq səbəbindən ağızda və üzün müxtəlif yerlərində əyilmə müşahidə edilə bilər. Həmçinin gözləri qapaya bilməmək, üzün bir tərəfindəki mimikaların azalması, göz yaşı və tüpürcəyin azalması, dadbilmə duyğusunun pozulması da üz iflicinin ilkin əlamətləridir.

Mütəxəssislər deyirlər ki, insan qışda nə qədər qalın geyinsə də, üz bölgəsi soyuq hava ilə birbaşa təmasda olur. Üz iflicinin qarşısını almaq üçün mütləq üzü soyuqdan qorumaq lazımdır. Bunun üçün şal və şarflardan istifadə etmək olar. Qış aylarında üzü yuyub birbaşa soyuğa çıxmaq olmaz. Yağışa düşdükdə mütləq sığınacaq tapmalı, islanmamağa çalışmalısınız.

Şərhlər

XƏBƏR LENTİ