İcra başçısı məcburi köçkünlərlə görüşdü

İcra başçısı məcburi köçkünlərlə görüşdü Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlər üçün salınan Qayıdış və Zobucuq qəsəbələrində vətəndaşlarla görüş keçirib.

İH-dən xalqxeber.az-a daxil olan xəbərdə bildirilir ki, görüşlərdə icra başçısı prezident İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Fərmanı barədə danışıb, bunu ölkə başçısının məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi qiymətləndirib.

Məcburi köçkünlərə elektrik enerjisi, qaz və sudan istifadədə israfçılığa yol verməməyi, qənaət etməyi tövsiyyə edən A. Alıyev rayon sakinlərini ölkə başçısı tərəfindən müəyyənləşdirilən vəsaitdən səmərəli istifadə etməyə çağırıb.

İcra başçısı məcburi köçkünlərlə görüşdü
İcra başçısı məcburi köçkünlərlə görüşdü
İcra başçısı məcburi köçkünlərlə görüşdü
Geri qayıt