Masallıda zəlzələ oldu
![Masallıda zəlzələ oldu](https://xalqxeber.az/uploads/posts/2023-10/medium/1697950119_1655013275_earthquake_190820.jpg)
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bala qədər hiss olunmuşdur”, – Mərkəzin məlumatında qeyd olunub.
Yeraltı təkanların ocağı 18 dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 00:58-də qeydə alınıb.