Ucarlı şəhid ailəsi Mehriban Əliyevaya müraciət etdi

Ucarlı şəhid ailəsi Mehriban Əliyevaya müraciət etdi Ucar rayonu Ramal kənd sakini şəhid atası Məmmədov Fikrət Həbi oğlu tərəfindən xalqxeber.az-ın redaksiyasına müraciət daxil olmuşdur. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Oğlum Məmmədov Etimad Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək 1994-cü il tarixdə şəhid olub. Ailəli idi 2 övladı var.Şəhid oğlum Etimadın övladı nəvəm Ehtiramı evləndirmək istəyirəm. Ancaq evimizin olmamasına görə arzumu yerinə yetirə bilmirəm. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən mənzilin növbəsinə qeydə alınmışıq.Ancaq növbəmizin çatmasına uzun illər lazımdır. Zərdab rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun qəbulunda olub ondan bizə növbədən kənar mənzil tikintisinin təmin edilməsinə köməklik etməsini xahiş etdim.Nazir mənə bildirdi ki, Ucar rayon icra başçısı buna görə mənə məktub yazsaın məmuniyyətlə təmin edərəm. Məni qəbul edən Ucar rayon icra başçısı ilk olaraq belə bir məktubun yazılmasına razılıq versədə sonradan bunun qanunsuz olmasını əsas gətirib yox cavabını verdi.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov həmyerlim olsada hər dəfə Bakı şəhərinə qəbuluna gedəndə müxtəlif bahanələrlə məni qəbul etməkdən yayındı.Ziya Məmmədovun vəzifəsi və imkanı olsada şəhid ruhunu sevindirmədi.Hansı ki, lazım olmayan utanc gətirən əməllərə küllü miqdarda pullar xərclədi.Oğlu Anar bir milyon ayı kəsilməsinə, 25.000 manat türk müğənnis Hadisəyə çanta , 70.000 manata AST Telmana tar hədiyyə etməsinə pullar xərcləsədə evsiz qalmış həmyerlisi şəhid ailəsinə Allah rizasına bir mənzil tikmədi ki, bü gün savaba yazılardı həmçinin cəmiyyət tərəfindən alqışlanardı. İndi Ziya Məmmədov yox kimi bir şeydir.Onun vəzifədən çıxarılmasına ilk olaraq ucarlılar sevindi.Çünki bu adam öz doğulduğu rayonuna heç bir gün ağlamadı.
Ucar rayonunun H.Əliyev küçəsi 138 də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli 32 mənzilli bina işnşa edilib 2006-cı il tarixdə istifadəyə verilmişdir.Həmin binadakı mənzillərin çoxu şəhid ailəsi, Qarabağ müharibəsi əlili olmayan şəxslərə pulla satılmışdır k, bunun təçkilatçısı bir başa Ziya Məmmədov olmuşdur.Bu faktın araşdırılmasına zərurət var.Çünki bu gün Ucarda çoxlusayda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri var ki, evsizdirlər kirayələrdə yaşayırlar.
Bütün bu çətinliklərə baxmayaraq ümüdimizi üzməmişik çünki şəhid ailələrinə daima xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Mehriban Əliyeva kimi mərhəmətli birinci vitse-prezidenti var.Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm şəhid oğlum Etimadın yadigarı nəvəm Ehtiramın ailə qurması arzumun yerinə yetirilməsi üçün bizə yaxından köməklik edəsiniz.Hörmətli Mehriban xanım xahiş edirəm şəhid ailəsinə mənzil tikilməsinə köməklik edəsiniz.

Əlaqə telefonu; (050) 397-20-01

xalqxeber.az
Ucarlı şəhid ailəsi Mehriban Əliyevaya müraciət etdi
Ucarlı şəhid ailəsi Mehriban Əliyevaya müraciət etdi
Ucarlı şəhid ailəsi Mehriban Əliyevaya müraciət etdi
Geri qayıt