Xaçmaz RMX-nın baş həkimi torpaq sahəsinə görə Masallı sakini həbs etdirdi

Xaçmaz RMX-nın baş həkimi torpaq sahəsinə görə Masallı sakini həbs etdirdi Xaçmazda şok olay. Məhkəmə qəti imkan tədbiri seçdi amma hansı əsasla bəli deyil. Daxil olan məlumatda qeyd edilir ki, Xaçmaz rayonunun Mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyevin yerli məhkəmə vasitəsi ilə Masallı rayon vətəndaşı Bəşirov Mirəyyuba 3 ay qəti imkan tədbiri seçilməsinə nail olub.
Məsələnin hansı prizmada baş verməsindən öncə qeyd edək ki, Media üzərində apardığımız araşdırmalardan əldə etdiyimiz digər məlumatlarda isə yazılır. 2015-ci ildə media da Xaçmaz RMX-nın baş həkimi barəsində rayon xəstəxanasında rüşvət və korrupsiya burulğanı yaradıb. Müstəqil hüquq müdafiəçisi Avtandil Məmmədov Xaçmaz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar və korrupsiya faktları barədə müraciət yayıb. Həmin müraciətdə xəstəxanada özbaşınalığın höküm sürməsi vətəndaşların soyulması qeyd edilib.
2015-ci ildə S.Tağıyevə məxsus mülklərin siyahısının bir qismini açıqlayan Aftandil Məmmədov digərlərinidə açıqlayacağını vurğulayıb. Bu gün isə Abşeron rayon Saray qəsəbəsindəki torpaq sahəsinin olması və buna görədə masallı sakinini həbs etdirdiyi xəbəri yayıldı.
1.Xaçmaz elektirik stansiyası ilə üzbəüz yaşayış sahəsinin sonundaki maldarlıq ferması.
2.Nabranda quşçuluq ferması.
3.Niyazabad yolu üzərində dəmir yolu xəttini yaxınlıqında quşçuluq ferması.
4.Niyazabad yolu üzərində yeni yaşayış massivində dəb-dəbəli ev.
5.Nabranda villası.
6.Mərkəzi xəstəxananın qarşısında böyük bir bina-bura fəza kursları və müxtəlif şəxslərə,apteklərə icarəyə verilib və s.
Bu gün isə məlum olur ki, S.Tağıyevin yığdığı pullar ilə Abşeron rayon Saray qəsəbəsində özünə torpaq alıb. Qanuni bütün sənədləşdirmə adına olunduğu halda Səyyaf Tağıyevin Masallı sakininə torpağa görə verdiyi pulu geri tələb edib. Ödənilən məbləğin Bələdiyyə sədrinə verilməsinə baxmayaraq baş həkim inadla pulunu Bəşirov Mirəyyubdan tələb edir. Həmin tələbin ardınca isə vətəndaş onda pulun olmadığını istəyirsə torpağı satıb ona pulunu bundan sonra verə biləcəyini deməsinə baxmayaraq həkim bu şərtlə razılaşmayaraq pulunu təcili qaytarılmasını istəyib. bir neçə gündür davam edən qalmaqalın ardınca baş Həkim S.Tağıyev Bəşirov Mirəyyuba Xaçmaz rayon məhkəməsinə müraciət edərək üç aylıq qəti imkan tədbiri seçdirib.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az
Geri qayıt