Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA Mikayıl İsmayılovun himayəsində olan Rabitə nazirliyinə tabe olan şəxs artıq rayon əhli arasında xaos yaradır. 20 şəxsə əmək stajı yazan Ağsu rayon Poçt rəisi Vasif İsmayılov qanunsuzluğu cəzasız qalıb. Şikayət edən Ağsu rayon sakini bildirib ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiya Naziri cənab Ramin Quluzadə Şamaxıda görüş keçirərkən vətəndaş onun qəbulunda olub və işsizliyi ilə bağlı nazirə bildirib. Cənab Nazir göstəriş verməsinə baxmayaraq M.İsmayılovun qohumu nazirin göstərişinə məhəl qoymayaraq vətəndaşdan 1500 manat işə düzələ bilməsi üçün rüşvət tələb edib.

Redaksiyamıəza verilən ilginc məlumatda saxta stajların verildiyi şəxslərin adları və rüşvət tələbindən söz açılmaqdadır. Bütün bu qədər qanun pozuntuları edən bir şəxsin hansı əsaslarla vəzifədə qalmasını və Prakrorluqda bununla bağlı hansı işlərin görülməsindən gələn yazımızda geniş məlumat verəcəyi.

Rüşvət tələbinin dalınca açılan qaranlıq işlər...

İndi isə redaksiyamıza vətəndaşın bildirdiklərini qeyd etmək yerinə düşərdi. “Ağsu rayon Poçt filiallının rəisi Vasif İsmayılov rayonda at oynadır. O, SOCCAR vitse-prezidenti Mikayıl İsmayılovun qohumu olduğu üçün nazir Ramin Quluzadənin göstərişlərini qulaq ardı edir. Nazirin əmrini heçə sayaraq vətəndaşı işə götürmək üçün 1500 azn məbləğində rüşvət tələb edib. Və bu tələbindən əsəbləşən vətəndaş onun barəsində Ağsu rayon Prokrorluğuna müraciət edib. Vaxtı ilə işçinin əmək kartını oğurluğunda ittiham edilən V.İsmayılov etibarlı mənbənin verdiyi məlumata görə M.İsmayılovun müdaxiləsi sayəsində yüksək məbləğ qarşılığında işini itirməkdən qılpayı qurtulub. Bank kartının məhs V.İsmayılov tərəfindən oğurlanması isə Şamaxı bankomatlarındakı təhlükəsizlik kameraları vasitəsi ilə aşkarlanıb. Bundan sonra V.İsmayılovu Daxili İşlər Nazirliyinin Ağsu rayon Polis əməkdaşları tərəfindən şüpəli şəxs qismində ifadəsi alınıb”- deyə Vasif bəy bildirib.

SAXTA STAJ BİZNESMENİ...

Məlumat verən Ağsu rayon vətəndaşı Vasif bəy bildirib. O qeyd edib ki, saxta staj verilməsi ilə bağlı prokrorluq araşdırması davam edir. V.İsmayılov isə hər gün adam göndərərək məsələni yoluna qoymaq üçün çalışdığını və onu şikayətini geri götürməsini xahiş edirlər. RYTN-nin əmrlərini deyil öz şəxsi maraqlarını icra edən V.İsmayılovla bağlı geniş məlumatlar mövcudur. Yaxın zamanda bütün bunlarla bağlı məlumatlar BakuNews.az-da olacaq.

Araşdırma davam edir.
Bununla bağlı əldə edəcəyimiz bütün materyalları sizlərə çatıracağıq.

Redaksiyadan: Yazıda adları keçən hər bir şəxsin və ya qurumların mövqeyini dinləyib dərc etməyə hazırıq.

BakuNews.az
Geri qayıt