Təhsil nazirinin menyusuna: Bərdə Peşə liseyinin direktoru pambıq satır

Təhsil nazirinin menyusuna: Bərdə Peşə liseyinin direktoru pambıq satır Bərdə Peşə Liseyində analoqsuz hadisələr baş verir
Əməkdaşımızı bilgiləndirən qaynağın sözlərinə görə, liseyin direktoru Şəmil Şükürov təhsil ocağına məxsus 15 hektar ərazidə pambıq əkdirib.
Lisey direktoru bu günə kimi liseyin ərazisini müxtəlif məqsədləri üçün istifadə etmişdi. Amma zamanın nəbzini tutmağı bacaran Ş.Şükürovun dövlətin siyasəti adı altında həmin sahədə pambıq əkdirəcəyi heç kimin ağlına gəlməzdi.
Məlumata görə, peşə liseyinin direktoru pambıqdan gələn gəliri özünə götürüb. Bunu yaxın çevrəsinə belə izah edib ki, ərazidəki təsərrüfat onun özünə məxsusdur və dövlət əhəmiyyətli pambıq yığımı deyil.
Halbuki, peşənin ərazisini zəbt edən direktor bundan qabaq deyirmiş ki, pambıq əkilməsi rayon rəhbərliyinin göstərişidir.
Ş.Şükürov “pambıq əməliyyatı”nın bir zərbəsi də müəllimlərə dəb. Hər müəllimdən 10 manat alan direktor bu pulu ərazini alaq otlarından təmizləyən fəhlələrə çatdırıb.
Verilən məlumata görə, Bərdə Peşə Liseyini bazara çevirən direktor tədris işlərinə laqeyd yanaşır.
Liseydə davamiyyət çox aşağıdır, təhsilin səviyyəsi sıfırdır, şagirdlər vaxtında dərslərdə iştirak eləmir, imtahanların isə necə keçdiyi hamıya məlumdur.
Liseydə əsasən genişprofilli traktorçu-maşinist, təmirçi çilingər, avtomobilin təmiri üzrə çilingər, modelçi-dərzi, meliorasiya işlərinin traktorçusu, elektrik montyoru və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Ş.Şükürov vəzifəsindən istifadə edərək özü üçün geniş biznes imkanları yaradıb.
Liseyə qəbul olmağın maddi bədəli ixtisaslara uyğun olaraq dəyişir. Bərdə Peşə Liseyində təhsil alan şagirdlər imtahanlardan direktorun maraqlarını təmin edərək keçirlər.
Əks təqdirdə kəsirə qalırlar. Şəmil Şükürov təhsil müəssisəsində üzə çıxan problemləri həll etmək əvəzinə biznes işləri ilə məşğul olur.
Bərdədəki ən böyük fermalardan biri ona məxsusdur. Direktorun fermasındakı iri və xırda buynuzlu heyvanların sayı-hesabı yoxdur. Direktorun oğlu qara rəngli «BMW X6» sürür.
Geri qayıt