Beyləqan səhiyyəsində rəzalət: Zəhərlənmiş uşağı çatdırdı, dərman olmadı

Beyləqan səhiyyəsində rəzalət: Zəhərlənmiş uşağı çatdırdı, dərman olmadı Beyləqan şəhər sakini Məhəmməd Təhməzov rayon səhiyyəsindən narazıdır
Mayın 29-u, axşam saat 22 :00-da övladı qidadan zəhərləndiyi üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırıb.
“Orda xidmət göstərən həkimlər dedilər ki, bizim xəstəyə tibbi yardım üçün heç bir dərman pereparatı yoxdur. Onlar bizə dərman almağımızı dedilər. Mən də gedib xəstəxananın girişindəki özəl aptekdən dərman alıb gətirdim, yardım elədilər”,-deyə M.Təhməzov qeyd edib.
Onun sözlərinə görə, prezdent İlham Əliyev dəfələrlə deyib ki, səhiyyəmiz pulsuzdur, hər zaman vətəndaşlarımızın sağlamlığının keşiyindədir: “Təəssüflər olsun ki, bu gün prezidentimizin tapşırığı və göstərişi məmurlar tərəfindən dondurulur və icra olunmur. Axı bunlar kimə arxayındır, ölkədə bilmirəm prezdentdən vəzifəcə böyük adam var?
Bu gün mənim o dərmanları almağa imkanım var, elə adam var ki, heç cürə imkanı yoxdur. Bu axşam əgər mən o dərmanı ala bilməsəydim, övladım üçün problem yaşayardım.
Təcili tibbi yardım şöbəsinin bütün heyətlə 24 saat vətəndaşların xidmətində olmalıdır. Bunlar o qədər pula hərisdirlər ki, insana əşya kimi baxırlar”. Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür.
İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var.
Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir.
Belə səhiyyə ocaqlarından biridə məhz Beyləqanda yerləşən "AzMed" klinikasıdır ki, vətəndaşlara istədikləri qiyməti deyərək nəğd pullar almaqla yanaşı göstərdikləri xidmətin ödəniş qəbzini təqdim etməməkdədirlər.
Beyləqan rayon RMX-nın bəzi həkimlərinində məhz adı xəstəxanada özü isə "AzMed" klinikasında fəaliyyətdə olması bariz nümunədir.
"AzMed" klinikası RMX-nın tanınmış həkimlərindən birinin qardaşına məxsusdur. Həmin həkimlə baş həkim Əli Məmmədovun isti münasibətləri sayəsində "AzMed" və rayonda yerləşən "NAFTALAN Müalicə Mərkəzi" qanunlara tabe olmaqdan boyun qaçırmaqdadırlar.
Geri qayıt