Ağsu Merosunda Açıq bazar qaydaları hökm sürür

Ağsu Merosunda Açıq bazar qaydaları hökm sürür Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsini prva bazarı adlandırmaq daha doğru olar.
Ağsu Merosunda əlavə pul vermədən sürücülük vəsiqəsi sahibi olmaq və ya nəqiliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün deyil. Nəqiliyyat vastəsini texniki baxışdan keçirmək istəyirsənsə bunun üçün 50-60 manat pul ödəməlisən. Nəqliyat vasitəsinin dövlət qeydiyyatı nişanına gəlincə, idarə etdiyin avtomobilin qeydiyyat nişanını dəyişmək və ya yaşadığın ünvana qeydiyyata salmaq iüçün 150- 200 manat qədərində pul xəricləməli olursan. (Bundan başqa idarə etdiyin avtomobilin bahalı olub olmaması da oxunan məbləğin artmasına səbəb ola bilir)
Adının çəkilməsini istəməyən İsmayıllı rayon sakininin verdiyi məlumata görə, idarənin rəis müavini Fikrət adlı şəxs sürücülük vəsiqəsi üçün ondan 1000 manat pul tələb edib. Şikayətçinin bildirdiyinə görə, 1000 manat verdikdən sonra 2 dəfə imtahanda iştirak edib, güya imtahandan kəsildiyi haqda sənəd yazılmalı, 3-cü dəfə isə sürücülük vəsiqəsini verməlidirlər. Bundan başqa bankın ödənişini də özü keçirməlidir. 3 dəfə İsmayıllı rayonundan ağsuya gəlib - getmək, bundan əlavə bank ödənişinində şəxsin özünün ödəməsi onu göstərir ki, sürücülük vəsiqəsi almaq üçün həmin şəsxin 1200 manat pulu olmalıdır.
3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vətəndaşları əsasən Nəqliyat vasitəsinin adlarına keçirilməsi zamanı daha çox incidildiyini bildirilir. Avtomobillərin texniki baxışı zamanı isə dövlət rüsumu haqda danışmaq bu idarədə lətifə danışmaq kimi bir şeydir. İdarədə konkret olaraq hər şeyin özünün qiyməti və qaydaları var.
Açıq bazar prinsipləri ilə idarə olunan 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsi əhali arasında da Prava bazarı kimi tanınır. Hər gün şöbənin qarşısında dayanan 10-larla nəqliyyat vasitələrininin sahiblərinin hər birinin bu şöbədə ciblərinin boşaldıldığını düşünsək, burda toplanan pulların az rəqəm olmadığını ortaya çıxarmış olarıq.
Unutmayaq, hər gün eşitdiyimiz ağır avtomobil qəzalarının əksəriyyətinin günahkarı sürücülük vəsiqəsini pulla kimə gəldi satan İmtahan-Qeydiyyat Şöbələrinin əməkdaşlarıdılar ki, ən azından hər birimizin tanıdığımız hansı bir əzizimiz bunların rüşvət oyunlarının güdazına gediblər.
Maraqlıdır bu şöbənin arxasında dayanan adam nə böyda böyük qüvvədir ki, heç kimdən çəkinmədən dövlət idarələrini Açıq bazara döndərməyə cürət edir?!
P.S. Yaxın günlərdə Ağsu rayonunda yerləşən 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində baş verənlərlə bağlı daha dəqiq və konkret faktlarları oxucularımıza təqdim edəcəyik.
Geri qayıt