Diplom alveri, rüşvət, yeyinti... Nazirə Bərdədəki kollecdən müdhiş dosye

Diplom alveri, rüşvət, yeyinti... Nazirə Bərdədəki kollecdən müdhiş dosye Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kolleci təhsil ocağından daha çox rüşvət ocağı kimi tanınır. Bu kollecə bir qrup müəllim və tələbələr biznes obyekti kimi də baxır desək yanılmarıq
Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları pik həddə çatıb.
Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Xaləddin Ələkbərova iştahası üstün gəldiyi üçün təhsili bir tərəfə atıb, pulu qucaqlayıb.
Sözügedən elm ocağında təhsildən başqa nə desən görmək mümkündür. Rüşvətin və özbaşınalığın baş alıb, getdiyi bu təhsil ocağında rektor Xaləddin Ələkbərov və adamları gizli qəbullardan tutmuş, saxta diplomlara qədər açıq şəkildə alqı-satqı ilə məşğuldurlar.
Ancaq bütün bunlara rəğmən heç kim onlara “gözün üstündə qaşın var”demir.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində diplom alverinin getdiyi barədə mətbuatda iddialar var.Təhsil naziri Mikayil Cabbarovun bu məsələdən xəbəri olmalıdır.
“Cənab Nazir nəzərinizə çatdırmaq istəyirəm kin, Sizin tabeliyinizdə olan bir müəllim vətəndaşları aldadaraq müxtəlif ali və orta ixtisas məktəblərinə saxta diplom sataraq Vətəndaşları Sizin uzərinizə qaldırır.
Cənab Nazir nəzərinizə catdırım kin DİPLOM makleri olan Həsən “Müəllim”in arxasında hancısa Vəzifəli şəxs və ya Şəxslər dayanır odur kun belə müəllimlərin Azərbaycan təhsilində işləməyə haqqları yoxdur. Belə bir müəllim Azərbaycanın gələcəyi olan evladlarımıza hansı təlim-tərbiyyəni və təhsili verə bilər?”
Məlumata görə, aarinfo.az saytı yazıb ki, bu barədə Həsən müəllimin işlədiyi Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin müəllimə yazılı məlumat verilib.
Lakin bu günə qədər Kollecin direktoru Xaləddin müəllim saxta diplom alveri ilə məşğul olan Azərbaycan təhsilini və çalışdığı kollektivi rüsvay edən Həsən müəllim haqqında heç bir tədbir görməyib.
Cənab Nazir odur ku məni qəbul edin əlimdəki faqtları Sizə təqdim edim.Onda həqiqətəndə Azərbaycan təhsilini bərbad hala salan Həsən Müəllim kimi müəllimlərin olduğunu görərsiz.
Cənab Nazir! Yuxarıda yazılanların araşdırılması üçün göstəriş verməyinizi və Həsən müəllim haqqında tədbir görməyinizi sizdən xahiş edirəm”.
Geri qayıt