Neftçalada Uşaq İncəsənət və Musiqi məktəbində nə baş verir -İTTİHAM

Neftçalada Uşaq İncəsənət və Musiqi məktəbində nə baş verir -İTTİHAM Redaksiyamıza Neftçala təhsili ilə bağlı şikayət daxil olub. Şikayətçi məktubunda yaqzır:
Neftçala rayon Uşaq İncəsənət və Musiqi məktəbinin müəllimlərindən pul yığılır.Məktəbdə işləyən müəllimlərdən 15-20 manat civarında pul tələb olunur.
Adı çəkilən məktəbdə çalışan müəllim deyir ki, bu gün məktəb direktoru onlara deyib ki, maaşlarından rəsmi 15-20 manat tutulacaq. Səbəbini soruşan müəllimlərə direktor bildirib ki, Biləsuvar regional mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynov mənə tapşırıb. Gedin dərdinizi kimə istəyirsiniz deyin. "Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq. Şikayətçi bakunews.az-a yazır ki, müəllimlər direktor İlqar Rəhimlidən Neftçala Rayon prokuroruluğuna şikayət edəcəklərini bildirdikdə, direktor gülərək bildirib ki, prokuror Aydın Əliyev mənim dostumdur. İstəyirsiniz çağırım məktəbdə şikayət edin.
Bundan əlavə direktor məktəbə qəbul olunmaq istəyən, şagirdlərin valideynlərindən 50 manat pul tələb edir. Əldə etdiyimiz məlumata görə, valideyinlərdən bəziləri hüquq mühafizə orqanlarına müraciət edib.

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!

BakuNews.az
Geri qayıt