Qusarda polis əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər

Qusarda polis əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində cəsarətlə vuruşaraq şəhidlik zirvəsinə ucalan, eləcə də bu  döyüşlərdə sağlamlıqlarını itirən igidlərimizin ailələrini ziyarət ediblər. 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində yaşayan 37 şəhid ailəsini və 13 qazini ziyarət ediblər. Görüşlərdə şanlı qələbəmizin tariximizin parlaq səhifələrini təşkil etdiyini qeyd edən polis əməkdaşları hər bir soydaşımızın vətən torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir. 
Görüşlərin sonunda şəhid ailələrinin doğmalarını, ailə üzvlərini narahat edən məsələlər dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilər diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür ediblər.  





Geri qayıt