Şəkili fermerlər NAZİRDƏN NARAZIDIR - Müraciət...

Müraciət müəllifləri olan şəkili fermerlər daha sonra yazır: "Ölkə Başçısının imzaladığı Qərara görə dekabr ayından istehsalçılara verilməli olan yardımlar Nazirlik tərəfindən hələ də verilməyib. Məlumat üçün bildiririk ki, həmin vəsaitlər məhsuldarlığı artırmaq üçün gübrələrin alınması, taxılın xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq üçün preparatların alınması üçün nəzərdə tutulmuşdur. Deyə bilərik ki, indiyə qədər vəsaitlərin verilməməsi, həmin tədbirlərin görülməməsi məhsuldarlığa ciddi olaraq mənfi təsirlərini göstərmişdir.
Dövlətimizin, Ərzaq Təhlükəsizliyinə zərbə vuran nazirliyin bu əməllərini təxribat kimi qiymətləndirmək olar. Nazirlik tərəfindən Cənab Prezidentin kənd təsərrüfatının inkişafı ilə tapşırıqlarına əməl etməməsi ilə bağlı dəfələrlə məktubumuzda göstərdiyimiz ünvanlara müraciət etmişik. Çox təəssüflər olsun ki, heç bir nəticəsi olmamışdır".
Müraciət müəlliflərinin yolladığı sənədi təqdim edirik:





