İsmayıllı icra hakimiyyətinin Qarabağda qələbəmizdən xəbəri yoxdur? - FOTOFAKT

Bu saytlar Azərbaycanda baş verən hadisələri, siyasi və sosial prosesləri təqib edərək, əhaliyə çatdırırmı?
Təəssüf ki, bu suala birmənalı cavab vermək mümkün deyildir. Yerli icra hakimiyyətlərinin saytlarının bərbad vəziyyətdə olması, illərlə yenilənməməsi ciddi problemdir. Ancaq bizi düşündürən, bir vətəndaş kimi narahat edən daha ciddi problemlər vardır. İnformasiya dünyasının şah damarı hesab edilən qlobal internet məkanında ölkəmizin regionlarının hələ də kifayət qədər təbliğ olunduğunu demək çətindir.
Bunu ismayıllı rayonuna yeni təyin olunmuş cavan icra başçsı Nahid Bağırovun başa düşmədiyini demək çətindir. Çünki iki ali təhsilli, məsuliyyətli vəzifələrdə işləmiş və dövlət başçısının etibarını qazanmağı bacarmş cavan kadrlardandır. Lakin vəzifəyə təyin ediləndən bir müddət sonra töhmət almağı ilə gündəmə gəlməyidə bacardığını qeyd etmək lazımdır. İndi isə bizi maraqlandıran bir məsələ var. O da görəsən müzəffər Ali Baş Komandanın başçılığı altında ordumuzun Qarabağda qələbə çaldığı xəbərə İsmayıllı rayonuna hələdə gəlib çatmayıb? Əgər çatıbsa niyə icra hakimiyyətinin rəsmi saytının "Qarabağ" bölümündə bu barədə bir kəlmədə yoxdur? Aşağıda təqdim etdiyimiz məlumatı isə bu gün siz icra hakimiyyətinin rəsmi saytından oxuya biləcəyiniz məlumatdır:
http://ismayilli-ih.gov.az/page/90.html


"ERMƏNİSTAN RESPUBLİKASININ HƏRBİ TƏCAVÜZÜNÜN NƏTİCƏLƏRİ
Cəbhə xəttinin uzunluğu — 246 km
Dağlıq Qarabağ (1989)
Ərazi — 4 388 kv.km
Əhali — 189 085
Ermənilər — 145 450 (76.9 %)
Azərbaycanlılar — 40 688 (21.5 %)
Sair — 2 947 (1.6 %)
Sərhədin uzunluğu — 485 km
O cümlədən: Şuşa rayonu
Ərazi — 312 kv.km
Əhali — 20 579
Azərbaycanlılar — 19 036 (92.5%)
Ermənilər — 1 377 (6.7%)
İşğal olunmuşdur — 1992-ci il, 8 may
DAĞLIQ QARABAĞIN ƏTRAFINDAKI RAYONLAR
İşğal olunmuşdur Əhalisi- 2015
Laçın rayonu 1992-ci il, 18 may 74 100
Kəlbəcər rayonu 1993-cü il, 2 aprel 88 300
Ağdam rayonu 1993-cü il, 23 iyul 191 700
Füzuli rayonu 1993-cü il, 23 avqust 125 400
Cəbrayıl rayonu 1993-cü il, 23 avqust 76 600
Qubadlı rayonu 1993-cü il, 31 avqust 38 900
Zəngilan rayonu 1993-cü il, 29 oktyabr 42 700
TƏCAVÜZÜN QURBANLARI
Həlak olmuşdur - 20 000 Əlil olmuşdur - 50 000
İtkin düşmüşdür (2015)- 4 011
Qeyd: Münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itgin düşmüş, əsir-girov götürülmüşdür.
DAGINTILAR VƏ ZİYANLAR (1988-1993-cü illər)
Yaşayış məntəqələri 900
Evlər 150 000
İctimai binalar 7 000
Məktəblər 693
Uşaq bağçaları 855
Tibb müəssisələri 695
Kitabxanalar 927
Məbədlər 44
Məscidlər 9
Tarixi abidələr, saraylar və muzeylər 473
Muzey eksponatları 40 000
Sənaye və kənd təsərrüfatı müəssisələri 6 000
Avtomobil yolları 2 670
Körpülər 160
Su kommunikasiyaları 2 300 km
Qaz kommunikasiyaları 2 000 km
Elektrik xətləri 15 000 km
Meşələr 280 000 ha
Kənd təsərrüfatı üçün yaralı torpaqlar 1 000 000 ha
İrriqasiya sistemləri 1 200 km
QAÇQIN, MƏCBURI KÖÇKÜN VƏ SIĞINACAQ AXTARAN ŞƏXSLƏR (2015)
Ermənistandan qaçqınlar 350 000
Azərbaycanın işğal olunmuş ərazilərdən məcburi köçkünlər 789 000
Orta Asiyadan qaçqınlar (Axısxa türkləri) 60 000
Digər ölkələrdən olan qaçqın və sığınacaq axtaran şəxslər 1 500
(2003-cü ilə qədər onların sayı 11 000 nəfər olmuşdur)
Cəmi: 1 200 500
İşğal edilmiş ərazilərdə olan Ermənistan hərbi qüvvələri (2015)
Tank — 350
Artileriya — 425
ACV — 398
Şəxsi heyət — 45 000 nəfər
İşğal edilmiş ərazilərə qanunsuz köçürülən əhali (2015)
Dağlıq Qarabağ — 8 500
Laçın — 13 000
Kəlbəcər — 700
Zəngilan — 520
Cəbrayıl — 280
Cəmi: 23 000 nəfər
Qeyd:
1. Qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq 62 şəhər və rayon ərazisində əsasən 1 600-dən çox obyektdə məskunlaşmışdır.
2. Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan məcburi köçkünlərin sayı (2015)-110 612 nəfərdir."
Burda qələbəmiz haqqında, azad olunmuş ərazilərimiz və ölkı başçısının bu ərazilərin yenidən məskunlaşdırması proqramı haqqında bir kəlmə belə varmı?
İsmayıllı rayon icra hakimiyyətlərinin saytında nəinki 2 Vətən müharibısi ilə bağlı, hıtta ölkə başçısının azad edilmiş torpaqlara səfərləri barədə geniş reportajlara yer verilməyib. Saytda heç bir yenilik olmadığı göz qabağındadır. Ədalət naminə deyək ki, axtaranda Vətən müharibəsində şəhid və qazi olan igidlərimizlə bağlı xırda xəbərlərə rast gəlmək olur. lakin bu xəbərlər müzəffər Ali Baş Komandanın başçılıq etdiyi müzəffər ordumuzun qələbəsindən xəbər verir mi? Xeyr, xırda yerli xəbərlər statusunda gedir. Saytda nə böyük qələbəmiz barədə, nə ölkə başçısının azad olunmuş ərazilə
rə səfərləri barədə məlumat tapa bilmızsiniz.
İsmayıllının cavab icra başçısı b u barədə ciddi fikirləşib nəticə çıxardmalıdır və bu ciddi nöqsanları tezliklə aradan qaldırmalıdırlar.
Qarşı tərfəin mövqeyini dərc etməyə hazırıq!
Teref.az


