“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ

“7 aydır ki, bu vəziyyətdə yaşamağa məhkumuq. Özüm də sinir xəstəsiyəm, tez-tez bu dağılmış evə təcili yardım gəlir. Bu vəziyyəti görmək səhhətimə daha da pis təsir edir. Şəraitimiz yoxdur, ələ gələn bircə əşyamız da qalmayıb. Dözə, yaşaya bilmirik. Demək olar ki, evin tənyarısı dağılıb. Ancaq gəlib qismən zərərçəkmiş kimi qeydə alıb, gediblər. Hər dəfə gəlirlər ki, yamaq vuraq. Bu yaxınlarda yenə gəlmişdilər, dedim, əgər evi söküb, yerdən yenisini tikməyə gəlmisizsə, buyurun, yox, əgər yamaq vurmağa gəlmisizsə, çıxın gedin. Onlar da çıxıb getdilər”.
Gülüm İsmayılova hesab edir ki, Prezidentin verdiyi qərarlar məmurlar tərəfindən icra olunmur: “Prezident nə etməlidir? Qərar, tapşırıq verib, pul da ayırıb ki, müharibədən zərərçəkmiş evlər düzəldisin. Prezident deməyib ki, gedin, bönüvrəsinə mərmi düşmüş evə yamaq vurun... Yerli məmurlar göstərişləri düzgün icra etmirlər. Məsələn, mən evin fotolarını icra hakimiyyətinə göndərirəm, qəsəbənin icra nümayəndəliyindən gəlirlər, deyirlər, düzələcək, gedirlər... Və 7 aydır ki, vəziyyət bu şəkildə də davam edir”.



