Gəncədə ŞÜBHƏLİ TENDER... - Başçılar istədiklərini edirlər...

Gəncədə ŞÜBHƏLİ TENDER... - Başçılar istədiklərini edirlər... Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
“Ölkə.az” xəbər verir ki, xidmətin satın alınması işləri üçün qurum 2021-ci il martın 19-da “Rövşən Oğuz Qrup” MMC-ilə birbaşa müqavilə bağlayıb.

Bununla bərabər, Gəncə Şəhər İcra Hakimiyyəti eyni gündə başqa tenderdə də eyni şirkəti qalib elan edib. Belə ki, Gəncə şəhərində idman sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması üçün 2021-ci il martın 19-da “Rövşən Oğuz Qrup” MMC-ilə birbaşa müqavilə bağlanılıb.

Lakin dövlət satıanlamaları portalında tenderlərin heç birinin müqavilə məbləği qeyd olunmayıb.

Qeyd edək ki, “Rövşən Oğuz Qrup” MMC 29.04.2009 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Hafiz Mustafayev Carı oğludur. Nizamnamə kapitalı 40 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1 , Ev 8, "Adore Plaza", 3-Cü mərtəbədir.
Geri qayıt