Balakəndə qaydaları pozan sürücülər cərimələndi

Balakəndə qaydaları pozan sürücülər cərimələndi Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər aşkar olunub ki, yol polisi əməkdaşları onlarla izahedici söhbətlər aparıb və barələrində inzibati protokol tərtib ediblər.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Geri qayıt