Balakəndə toy edənlər cərimələndi

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.
Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.