Rafil Hüseynov Şəhid Ailəsinə qarşı... - NARAZILIQ!

Rafil Hüseynov Şəhid Ailəsinə qarşı... - NARAZILIQ! Ötən yazımızda Rafil Hüseynovun Masallıda icra başçısı olarkən etdiyi əməllərdən, maxinasiyalardan, qadın sahibkardan 10 min manat pul tələb etməsindən, vermədiyi üçün onu döydürməsindən, qədim qəbristanlıq yerində obyekt tikdirməsindən, tənqidi məqalələr yazan jurnalisti həbs etdirməsindən, polis işçisi olan oğlu Şəhriyar Hüseynzadənin barlarda, gecə klublarında çıxdığı əməllərdən bəhs etmişdik.
Bugünkü yazımızda isə Rafil Hüseynovun Ağcabədinin icra başçısı kimi fəaliyyətinə nəzər salacağıq.
Öncə onu qeyd edək ki, Hesablama Palatası Masallıda apardığı yoxlama zamanı 50 milyon vəsaitin təyinatına uyğun olmayaraq xərcləndiyini ortaya çıxarmışdı. Bu pullarla Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də özü üçün xüsusi istirahət mərkəzi tikdirib.
Ağcabədidə isə Rafil Hüseynov 100 hektarlarla münbit torpaqları ələ keçirib, özünün heyvandarlıq fermaları var.
Əlbəttə, sadaladıqlarımız əməllər digər icra başçılarının çoxuna aiddir.
Amma elə əməllər var ki, onu heç cür bağışlamaq olmur. Bu əməli məhz Rafil Hüseynov törədə bilər.
Təsəvvür edirsiniz Ağcabədinin icra başçısı Rafil Hüseynov birinci Qarabağ müharibəsində şəhid olmuş Əli Talıbovun şəhidlik statusunu ləğv etmək üçün bütün dövlət qurumlarına müraciət edir.
Görəsən icra başçısının məqsədi nədir ?
Şəhid ailəsi icra başçısına müraciət edərək torpaq sahəsi tələb edir. Şəhid ailəsinə torpaq vermək istəməyən icra başçısı Rafil Hüseynov imtina etmək üçün şəhid Əli Talıbovun şəhidlik statusunu ləğv etmək qərarına gəlib. Təsəvvür edirsiniz ?
Sənin oğlun barlarda, gecə klublarında kef edir, amma ləyaqətli kişilərin oğlu Qarabağda şəhid olur, cənab icra başçısı.
Normal cəmiyyətdə sənin bu hərəkətinə görə, səni daş-qalaq edərdilər..
Sən kimsən şəhidin statusunu ləğv edəsən ?
Rafil Hüseynov hətta utanmadan-qızarmadan dövlət qurumlarına, Müdafiə Nazirliyinin Arxiv İdarəsinə və haralara müraciət etmir..?
Bu şəhid ruhuna təhqirdir, Rafil Hüseynov.
Şəhidin həyat yoldaşı dövlət başçısına, baş prokurora müraciət edir ki, icra başçısının bu təhqiramiz hərəkətlərinə son qoyun.
Sənin bu hərəkətin bir ailəyə qarşı deyil, xalqımıza qarşı təhqirdir, Rafil Hüseynov. Bunun cavabını bir gün verəcəksən.
//gundelik-baku.com//

Geri qayıt