Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR?

Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR? Xəbər verdiyimiz kimi bir neçə gün öncə saytımızda “İcra başçısı da bələdiyyə sədri ilə bacarmır-Neftçalada fermerlərin örüş davası” başlıqlı yazı vermişdik. Qeyd edək ki, yazıda Neftçala rayonunun Xolqaraqaşlı kənd sakinləri kəndin bələdiyyə sədri Əlibala Səlimovun özbaşınalığından fəryad edirdi. Onlar bildirirdi ki, Ə.Səlimov kəndin otlaq sahələrini öz qohum-əqrabası ətrafında bölüşdürərək əkib-becərir. Vətəndaşlar isə heyvanlarını otarmağa yer tapmırlar.

Moderator.az-a danışan kənd sakinlərindən biri bildirir ki, işıqlandırdığımız yazı rayonda böyük rezonans doğurub. Bundan sonra icra başçısı Mirhəsən Seyidov sakinlərlə görüş keçirib. M.Seyidov elə ordaca bələdiyyə sədri Ə.Səlimovu işdən qovub. Sakinlər isə 200 hektar örüş sahəsi ilə təmin olunub.

İctimai fəal, bələdiyyə üzvü Vəfa Nağı isə sosial şəbəkədə belə bir məlumat yayıb:

"Bələdiyyə sədri yediklərini məhkəmədə etiraf edib. Özü də deyib ki, nə yemişəm icra başçısı ilə yemişəm, (İsmayıl Vəliyev) çıxardıblar. Və beləcə bələdiyyə sədrinin də sonu gəldi. Bu günü də görmək qismət oldu deyək. Kəndlilər 200 hektar örüş sahəsi alıb. Sevincliyəm çox. Eşq olsun ayağa qalxan kənd sakinlərinə. Baş əyirəm. Əjdaha getdi, zülm bitdi”.

DİA.AZ-dan: Əslində bələdiyyə seçkili orqandır və təyinatla başçı vəzifəsini tutan Neftçala RİH-in gənc rəhbərinin bələdiyyə sədrini hansısa formada cəzalandırmasının özü belə özbaşınalıqdır... Yəni görünəni odur ki, icra başçısı Mirhəsən Seyidov özünü "Robin Qud" kimi təqdim edə bilməsi üçün qanunları belə tapdamaq ixtiyarındadır...

Geri qayıt