Anar Kərimov Ağstafanı KİMƏ TAPŞIRIB? - İTTİHAM

Bütün bunlara baxmayaraq, son 4-5 gündür ki,araz.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi incəlikləri haqda xeyli məlumatlar çatdırılmaqda davam edir. Məsələn, daxil olan məlumatlarda qeyd olunur ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi hər hansı bir sənədə imza atmaq, hansısa sənədi əldə etmək, yaxud da hansısa rəhbər şəxsə şifahi tapşırıq vermək və s. məqsədilə, təqribən 30 km aralı məsafədə yerləşən və Tovuz rayonunun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. Bundan əlavə, o, ötən illər ərzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan və bu sahədə kifayət qədər təcrübə toplayan şəxslərdən bəzilərini işdən çıxarır, ailə üzvləri ilə eyni müəssisədə çalışan şəxsləri isə, başqa müəssisələrdə işlə təmin etmək qərarına gəlir. O halda sual oluna bilər ki, görəsən cənab Əli Elbəy, hansı qanunun tələbini əsas tutaraq belə bir addımını atır? Məgər, qanun valideyn ilə övladın (sıravi işçi olaraq) eyni müəssisədə çalışmasını qadağan edirmi?
Digər tərəfdən, bu gün ölkəmizdə koronovirus infeksiyasının varlığı səbəbindən hər kəsin bir-biri ilə ara məsafəsi saxlaması, maska taxması, spirtdən istifadə etməsi, mümkün qədər gigiyena qaydalarına əməl etməsi və s. istiqamətində maarifləndirici təbliğati işlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Tovuzun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. O halda sual oluna bilər ki, müasir texnologiyanın inkişaf etdiyi indiki vaxtda sadə bir sənədin əldə olunması, yaxud da rəhbər şəxslərə hansısa tapşırığın verilməsi və s. görəsən o qədərmi çətin məsələdir ki, 35 yaşlı Əli Elbəy belə bir addımını atmağa daha çox üstünlük verir? Söylənilənlərə görə, Ağstafa Regional Mədəniyyət İdarəsi rəisinin atdığı addımlardan biri də, mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin imzlamalı olduqları əmrləri, məhz onun özünün imzalaması olur. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, deyəsən cənab Anar Kərimovun təyin etdiyi bu kadrın idarəçiliyində yavaş-yavaş “çatvermələr” baş verir. Sual oluna bilər ki, görəsən bu yöndə baş verənlərdən mədəniyyət naziri vəzifəsini icra edən cənab Anar Kərimovun xəbəri varmı, yaxud da o, Regional Mədəniyyət İdarəsinin rəisinə belə bir addımlarını atmaqla bağlı hansısa tapşırığını veribmi? Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Yaxın günlərdə yeni açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Mövzunu diqqətdə saxlayacağıq.
araz.az