Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində vətəndaşlarla görüşüb

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində vətəndaşlarla görüşüb Martın 21-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon prokuroru ilə birgə Zobucuq qəsəbələrində vətəndaşlarla görüşüb, onlara COVİD-19 virusundan qorunmaq üçün qaydalara ciddi əməl olunması ilə bağlı maarifləndirici söhbət edib, problem və qayğılarını dinləmişdir. Alı Alıyev, həmçinin 44 günlük Vətən Müharibəsindən də söz açıb. Şəhidlərin ruhunu ehtiramla yad edərək qeyd edib ki, “Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizə Vətən müharibəsi adı ilə daxil olan 44 gün davam edən hərbi əməliyyatlarla işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı düşməndən azad etdi. Qazandığımız Qələbə dövətimizin gücünü, ordumuzun yenilməzliyini bir daha sübuta yetirdi”.
Daha sonra bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində vətəndaşlarla görüşüb


Geri qayıt