Xaçmazda 50 Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları Novruz Bayramı ərəfəsində Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində şəhid olan 50 hərbi qulluqçunun ailəsini ziyarət edərək, şəhidlərin valideynlərinə vətənpərvər övladlar böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər. Şanlı qələbəmizin igid oğullarımızın adı ilə bağlı olduğunu qeyd edən polis əməkdaşları, ailələrin problemləri ilə maraqlanıblar, bayram münasibəti ilə gətirdikləri sovqatları onlara təqdim ediblər.
Şəhid ailələri Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz təşəkkürlərini bildiriblər.



