Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət

Zəlzələdən sonra Ağsuda tikilən evlərə on min “şirinlik” istəyirlər – Prezidentə şikayət Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan Ataşova Gülnar Şahlar qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova,İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Maliyyə naziri Samir Şərifova, Hesablama Palatasının sədrinə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə 5 fevral 2019-cu ildə Ağsu rayonunda baş vermiş zəlzələdən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərimizin əvəzinə yenidən tikilmiş evlərin onlara verilməməsindən, başqalarına satılması ilə bağlı müraciət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Gülnar Ataşovanın sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Mən, Ataşova Gülnar Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və ailə qurmuşam.. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub tökülmüş, divarda irihəcmli çatlar əmələ gəlmiş, bir sözlə, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.

Uzun illər yaşadığımız bu ev rəhmətlik qaynatamdan qalmışdır və 1950-cı illədə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən daxildən və xaricdən iri çatlar əmələ gəlmiş və yaşamaq üçün yam yarasız vəziyyətə düşmüşdür. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilişdir. 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdu ki, kəndin kənarında hazırda dövlət tərəfindən tikilib istifadəyə yararlı 25 ev bizi kimi sahiblərini gözləsə də bizə məlum olmayan səbəblərdən bu evlər bizi kimi nəzərdə tutulmuş sakinlərə paylanmır. Yerli hökümət heç səbəbini də açıqlamır.. Elə bilki, bizi kimi evi tam yarasız hala düşmüş kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 9-cu olubdur.Əgər biz 9-cu olmuşuqsa onda niyə tikilib hazır olan evimizi bizə vermirlər? Nəyi gözləyirlər?

Amma eyni zamanda onu da görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının məsul şəxslərilə birlikdə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə

Axı 2019-cu ildə mart ayında zəlzələ zonasına gəlib bizimlə görüşəndə Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı. Budur aradan düz 2 il vaxt keçməsinə baxmayaraq yerlərdə təmir-tikinti işlərini görən təşkilatlar dövlət sifarişləri yekunlaşdırsalar da yerli məmurlar nədənsə hazır olan evləri bizə paylamağa tələsmirlər. Son məlumatlara görə isə bu adamlar təkcə bizim kənddə tikilib istifadəyə veriləsi evləri sanki auksiona çıxarıblar. Yəni gözləyirlər ki, kim çox pul təklif etsə dövlətin tikdiyi evləri onlara versinlər pul qazansınlar. Lakin Cavid Qədirobv kimi bu savadsız, bürokrat yerli məmurlar undurlar ki, alver predmetinə çevirdikləri bu evlərin müqabilində qazanacaqları haram pullarla ailə-uşaq dolandırmazlar. Çünki başqasının bədbəxtçiliyi üzərindən ( səbəbindən) qazanılan çirkli pulları yalnız şərəfsizlər mənimsəyib haramzada ola bilərlər.

Axı Kəmalddin Heydərov da 2019-cu ilin martında cənab Prezidentə söz vermişdir ki, bütün sakinlərin müraciətləri nəzərə alınıb və tez bir zamanda onların mənzillərində baş vermiş problemlər öz həllini tapacaqdır. Deməli belə çıxır ki, nazir prezidentimizi aldatmışdır.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdir ki təkcə Ağsu rayonunda komissiyaların gəldiyi nəticəyə əsasən nəzərdə tutulmuş 150 evin kəskin qəzalı, 265 evin bərpa-gücləndirməsi və 1022 evinsə təmiri qısa müddətə yekunlaşsın.

Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullara yalnız öz yaxın qohum-əqrəbasına ev tikilməsi və bərpası üçün faktiki işlər gördürmüşdür. Bizim kimi kasıb insanlar da qəzalı evlərimizin əvəzinə tikiləcək evlərin verilməsini gözləyirik. Amma heç bizi yada salan və deyən yoxdur ki, kəskin qəzalı vəziyyətə düşən evinizin əvəzinə tikilmiş yeni ev sizə veriləcəkdir. Bizim isə verəcəyimiz 10 000 manat “şirinlik” pulu yoxdur ki, evin açarını ala bilək.

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi təxribat və cinayətdir və cəzasız qalmamalıdır.

Bu günki fakt ondan ibarətdir ki, qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış yerli məmurların hamısı barəsində son fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizin əvəzinə dövlətin tikib hazırladığı yeni evlərin paylanmasına göstəriş verəsiniz. Sağ olun.
Geri qayıt