“Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək

“Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək Ağstafa rayon icra başçının müavini Lalə Eyyubova yenidən istintaqa cəlb olunacaq.

Reportyor.info xəbər verir ki, bu barədə vəkil Kamandar Nəsibov bildirib.
Onun sözlərinə görə, növbəti prosesdə Lalə Eyyubova dindiriləcək. Çünki ifadə verən şahidlərin əksəriyyəti rüşvəti bilavasitə L.Eyyubovaya çatdırdıqlarını söyləyiblər.
Bu da İH müavininin təzədən dindirilməsinə zərurət yaradıb. Qeyd edək ki, hazırda Ağstafanın həbsdə olan keçmiş başçısı Nizaməddin Quliyevin məhkəməsi gedir.
O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən korrupsiya faktı ilə saxlanılıb və barəsində cinayət işi açılıb.
İstintaqa verilən ifadələrdən məlum olub ki, onun müavini L.Eyyubova birbaşa “kassir” rolunu oynayırmış.
Ancaq xanım məmurun yüksək ranqlı vəzifəli şəxslə qohumluğu onu həbsdən xilas edib. O, baş nazirin müavini Yaqub Eyyubovun qardaşı qızıdır. Bununla belə o, məhkəmədə ifadə verəcək.
Geri qayıt