Növbəti hədəf Şəmkirin icra başçısıdır... - İDDİA

Növbəti hədəf Şəmkirin icra başçısıdır... - İDDİA "Hətta 44 günlük müharibə dövründə belə ölkədə antikorrupsiya tədbirlıri səıngimədi və bundan sonra da öz axarı ilə davam edəcək". Bu barədə DİA.AZ-a hökuməttdəki mənbələr informasiya verib.

Qeyd edək ki, bu gün yerli KİV-ə açıqlama verən Azərbaycanın Baş Prokuroru Kamran Əliyev “Kor­rup­si­ya şə­bə­kəsi­nin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək” deyə açıqlaması ilə diqqətə gəlib ki, bunun özü də qeyd olunan prosesin davamlı olacağından xəbər verir.ş

Bu barədə danşıan mənbə isə DİA.AZ-a bildirir ki, artıq ilkin işartılar görünür: "44 günlük müharibə dövründə də proses səngimədi. Bildiyimiz kimi Cəlilabvadın icra başçısının qollarına qandal vuruldu. Bu, hadisə hansısa səbirsizliyin təzühürü deyildi. Bununla dövləıt rəsmiləri bəyan etmiş oldular ki, korrupsioner məmurlar heç də arxayınlaşmamalıdəırlar ki, ölkənin başı müharibəyə qarışıb. İndi isə daha sərt cəzaları müşahidə edəcəyik".

Mənbə iddia edir ki, artıq ilkin hədəflər də bəllidir: "Onlardan biri də Şəmkirin hazırki icra başçısı Alimpaşa Məmmədovdur. Onunla bağlı mətbuatda yetərincə faktlar ictimailəşib. Keçmiş Vergilər Naziri Fazil Məmmədovun "qara kassa"larından bir kimi tanınan Alimpaşa Məmmədov bu gün mediadakı qruplardan bəziləri tərəfindən belə himayə olunur. Bütün bu faktlar diqqətdəri və yaxın günlərdə onunla bağlı sərt qərarlar veriləndə, onu nə mediadakı muzdlu himayəçiləri, nə də arxasında dayanan şər qüvvələr qoruya bilməyəcəkj".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt