Füzulidə Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verildi

Füzulidə Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verildi Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən daha üç körpələr evi-uşaq bağçası istifadəyə verildi.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi uğurlu dövlət uşaq siyasətinin əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sevindirici haldır ki, sabahımız olan uşaqlara həssas münasibət və qayğı bu gün dövlət başçısı cənab İlham Əliyevinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində saxladıqları məsələlərdəndir.

Təsadüfi deyildir ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətimizlə yanaşı Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur.

Füzuli rayonunda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla reallaşdırılıb. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qoleriyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonunda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür.

Rayonun Arayatılı kəndində 75 yerlik, Əhmədbəyli kəndində 50 yerlik, İkinci Mahmudlu kəndində 50 yerlik körpələr evi – uşaq bağçası artır körpə fidanların ixtiyarına verilib. Heydər Əliyev Fondu tərəfindən tikilən bu müəssisələrdə uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məqsədilə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Gələcəyimiz olan uşaqların rahat istirahət etmələrini təmin etmək məqsədilə iki mərtəbədən ibarət Arayatılı kənd körpələr evi – uşaq bağçasında 4 oyun, 4 yataq otağı, Əhmədbəyli və İkinci Mahmudlu kənd körpələr evi – uşaq bağçalarının hər birində isə ayrılıqda iki mərtəbəli binalarda 3 oyun, 3 yataq otağı istifadəyə verilmişdir. Əlavə olaraq qeyd edək ki, Bala bəhmənli kəndində yerləşən 640 yerlik tam orta məktəbin binası Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 pandemiyasına qarşı mübarizənin hələ də davam etdiyi bir dönəmdə bu tip müasir standartlara cavab verən, geniş və səliqəli binaların tikilib istifadəyə verilməsi xüsusilə əhəmiyyətlidir.

Son vaxtlar ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması iləı əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarın 2.1 bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prossesinin 2021-ci il fevralın 15-dən əyani formada təçkili ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigyenik normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında hazırlıq tədbirləri həyata keçirilib.

Bununla əlaqədar olaraq, bağçalarda təmizlik və dezinfeksiya işləri aparılmış, işçilərin bir qismi COVİD-19 testlərindən keçirilmiş, bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dizenfeksiyaedici məhlullarla təmin edilib.

Rayon ictimaiyyəti, yeni tikilən müəssisələrin kollektivləri və valideynlər Zəfər sevincini bizə yaşatdıqlarına, pandemiyadan bizləri qorumaq üçün gördükləri bütün tədbirlərə, belə müasir,geniş,səliqəli binaların ixtiyarımıza verilməsinə və ümumulikdə göstərilən hərtərəfli diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ürəkdən minnərdardılar.
Geri qayıt