ƏƏSMN-dən biabırçı addım: - Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verib

ƏƏSMN-dən biabırçı addım: - Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir birabırçılığa imza atıb. JAMAZ.İNFO xəbər verir ki, nazirliyin bu dəfə imza atdığı biabırçılıq nə ölçüyə, nə də əndazəyə sığır.

Belə ki, sözügedən dövlət qurumu Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsi iştirakçısı, Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək, bir ayağını itirmiş Həsənov Murad Teyyub oğluna III qrup əlillik dərəcəsi verib.

Qeyd edək ki, 19 yaşlı Qazimiz ayağının birini itirməsi onun I qrup əlillik dərəcəsi almasını vacib edir. Bir ayağını itirmiş əsgərə III qrup əlillik dərəcəsinin verilməsinin isə məntiqli bir açıqlaması ola bilməz.

Görünür, ƏƏSMN-in tərkibində fəaliyyət göstərən TSEK-lər yenə də nələrisə qarışdırıblar. Daha doğrusu, adi vətəndaşlara göstərdikləri münasibətdən fərqləndirə bilməyiblər. Ki, pensiya, əlillik dərəcəsinin alınmasının nələr müqabilində olduğunu cəmiyyət yaxşı bilir.

Nazirlik hələlik susur. Amma bu susqunluq və ya sabah səhvini düzəltməsi əməlinə bəraət vermir. Çünki göz görəsi biabırçılıq, qanunsuzluq və özbaşınalıqdır.

***
Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Həsənov Murad Teyyub oğluna əllik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı qazi Həsənov Murad Teyyub oğlu Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirib. Ona 3-cü qrup əlillik təyin edilib və vətəndaşlar məlumatı paylaşaraq tənqidedici fikirlərini bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:

“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.
ƏƏSMN-dən biabırçı addım: - Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verib
Geri qayıt