Yardımlıda MƏCBURİ VAKSİNASİYA - İDDİA

Yardımlıda MƏCBURİ VAKSİNASİYA - İDDİA "Yardımlı Rayonunda Vaksinlə bağlı biabırçı görüntü ortaya çıxıb. Belə ki Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Birinci Müavini Azər Xamiyev, Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət İbişov və Yardımlı rayon Mərkəzi Xəsdəxanasının Baş Həkimi Rasim Əkbərov vətəndaşlara hədə-qorxu gələrək vaksin vurudurmaqdan imtina edənlərə qarşı "pensiyalarınız kəsiləcək, yaxın adamlarınız işdən azad olunacaqlar gelin vaksin vurulsun" deyə təhdid olunur".

Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyili.

Məlumatda daha sonra bildirilir ki, ərazi icra nümayəndələri də işə cəlb olunub və onlara qəti tapşırıq verilib ki, yaşlı adamlar məcburi qaydada vaksinasiyaya cəlb olunamlıdırlar, əks halda, onlar da vəzifələrini ititrə bilərlər.

İddia olunanlarla bağlı icra hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Yenə də qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
Geri qayıt