Xaçmaz polisi COVID-19 pandemiyası ilə əlaqədar məktəbdə maarifləndirici görüş keçirib

Xaçmaz polisi COVID-19 pandemiyası ilə əlaqədar məktəbdə maarifləndirici görüş keçirib Şöbə əməkdaşları rayon ərazisində yerləşən 6 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirərək, onlara koronavirus infeksiyasının fəsadları barədə məlumatlar veriblər.

DİN-dən daxil olan məlumata görə, bildirilib ki, sevindirici haldır ki, artıq pandemiyanın ölkə ərazisində yayılmasında azalmalar müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən müvafiq qərarla isə fevral ayının əvvəlindən ölkə üzrə təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.

Lakin buna baxmayaraq, həyata keçirilən yumşalma tədbirləri vətəndaşlar arasında arxayınlıq yaratmamalı, hər bir şəxs təyin olunmuş qaydalara ciddi riayət etməlidir. Təhsil ocaqlarına daxil olan hər şəxs, istər müəllimlər, istərsə də şagirdlər diqqətli olmalı, mütləq qaydada sanitar-epidemioloji qaydalara riayət etməli və pandemiyanın yenidən yayılmasının qarşısının alınmasına iştirak etməlidir.

Şagirdlərə insanların sıx toplaşdığı mühitin infeksiyanın yayılmasına birbaşa təsir etdiyini də çatdıran polislər, uşaqlara belə yerlərdən kənar gəzməyi məsləhət görüblər.

Görüşün sonunda məktəbin rəhbərliyi və müəllimlər keçirilən görüşə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, polis əməkdaşları respublikanın digər bölgələrindəki təhsil müəssisələrində də maarifləndirici tədbirlər keçirirlər.
Xaçmaz polisi COVID-19 pandemiyası ilə əlaqədar məktəbdə maarifləndirici görüş keçirib

Geri qayıt