Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ!

Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ! Qax rayonu Çüdüllü kəndinin meşələri kütləvi şəkildə qırılmaqadır. Kənd sakinlərinin Qax.org.az saytına verdiyi məlumata görə, artıq 1 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.
Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin yaxın adamları yaxından iştirak edirlər.

Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.

DİA.AZ xatırladır ki, buna qədər də deputat Azər Kərimlinin adı meşələrin qanunsuz qırılmasında hallandırılıb. Bu barədə yerli KİV-də yetərincə faktlar işıqlandırılsa da, qarşı tərəf ancaq susmağa üstünlük verib.
Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ!

Geri qayıt