Ağdaşda məmur özbaşınalığı tüğyan edir - VİDEO

Həmçinin gölü mühavizə edənlərin qaldıqları otağa elektirik xətti çəkilməsi üçün qırmızı kitaba düşmüş dəmir ağaclarını kəsib dirək kimi istifadə ediblər.Gölün hər vaxt daşıb kəndi su altında qoyması təhlükəsi ilə üz-üzə qalmış kənd sakinləri bu qanunsuzluq barədə aidiyyatı orqanlara ərizə ilə müraciətlər ediblər.Onuda öyrəndik ki, həmin gölün biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Təsərrüfatı İdarəsi tərəfindən Abduləli Kərimov adlı kənd sakininə icarəyə verilmişdir.Ancaq bu şəxsin gölə heç bir aidiyyatı olmadığını buranı bir başa Əsgərxan Həsənovun himayəsində olduğunu kənd sakinləri bildirdilər.Həttda gölün yaxınlığında yerləşən hərbi texnikanın hərəkəti üçün salınmış yol dağıdılmışdır.Sakinlər bildirdilər ki, hazırki gölün yeri ot sahəsi olmuşdur ki, kənd camaatı oradan mal-qarasına ot biçib verirdilər. Əsgərxan Həsənovun kommersiya maraqlarına görə abadlıların günü bərbad olmuşdur.
Ağdaş rayon icra başçının müavini Əsgərxan Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutmadı. Ümüd edirik ki, mərkəzi orqanlar bu özbaşınalğı araşdırıb kommersiya ilə məşğul olan harın məmur barədə tədbir görəcəklər.
RegionXeberleri