Erməni gülləsindən dağılan evlərin pulunu iki başçı belə yeyir – Fakt

İki gündür ki, muxtəlif rayon və kəndlərdən, xüsusilə Ağdam və Tərtər rayonlarının, ən çox da Ağdam rayonu Zəngişalı kəndindən olan sakinlər narazılıq edirlər.
Reportyor.info-ya gələn xəbərlərə görə, evi zərər görən hər kəsə 1000 manat veriblər. İnsanların evi dağıdılıb, klyonka ilə pəncərədən və dağılmış divardan, tavandan gələn soyuq və şaxtalı havanın qarşısını alırlar, amma lazımı vəsait ayrılmır.
Belə ki, 2 296 500 manat Tərtər Rayon İcra Hakimiyyətinə ayrılıb. Bəs hanı pullar?
1 848 500 manat Ağdam Rayon İcra Hakimiyyətinə ayrılıb. Hanı pullar?
Necə yeyə bilirsiniz o pulları? Məgər başa düşmürsünüz ki, siz və övladlarınız isti evinizdə keyf çəkəndə evi dağılmış vətəndaş və onun körpə balaları soyuqdan donur?