Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR

Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR 2020-cu ildə Masallıda rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 332 min 332 manat məbləğində 17 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 14 tenderə 4 milyon 420 min 646 manat xərcləyib. Masallıda Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi Masal-944 MMC (1 milyon 410 min 784 manat) olmuşdur.

Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsi 5 tender keçirib ki, məbləği 4 milyon 869 min 306 manat təşkil edir. Ən böyük həcmli tenderin qalibi isə " MASAL-944” MMC (4 milyon 788 min 440 manat) olmuşdur.

DİA.AZ bildirir ki, Masallı RİH-in əsas tender tərəfdaşı olan Masal-944 MMC əslində hər zaman belə bir imtiyazlara balik olub və burada icra başçısının kimliyi önəm daşımayıb. Yəni Rafil Hüseynovun vaxtında olduğu kimi, indiki başçı - Şahin Məmmədovun vaxtında da Masal-944 MMC əsas tenderlərin qalibi olub.

Məlumat üçün qeyd edək ki, “Masal-944” MMC 19.02.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Masallı rayonu Şıxlar kəndi göstərilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin qanuni təmsilçisi Quliyev Adil Amanxan oğludur.
Dövlət qeyydiyyatından keçdikdən qısa müddət sonra dövlət qurumlarının elan etdiyi dəyəri milyonlarla manata çatan onlarla tenderin qalibi olan “Masal-944” MMC-nin internet saytı belə mövcud deyil. “Masal-944” MMC təkcə 2015-16-cı illərdə müxtəlif dövlət qurumlarına fərqli sahələrdə xidmətlər göstərib. Məsələn, 2016-cı ildə Lerik Rayon Mərkəzi Xəstəxanasına çörək satan MMC, Masallı Rayon Mərkəzi Xəstəxanasına ehtiyat hissələri satıb. MMC-nin fəaliyyət sahəsinə mətbəə, təmir, ərzaq, kənd təsərrüfatı, yumuşaq invertalların satışı kimi çoxşaxəli fəaliyyət daxildir.
Maraqlı məqamlardan biri də odur ki,“Masal-944” MMC-nin qanuni təmsilçisi olan Quliyev Adil Amanxan oğlu eyni zamanda bir neçə şirkətin də qanuni təmsilçisi olub. Quliyev Adil Amanxan oğlu müxtəlif illərdə “Adil-Mübariz” TOM, “Dalğa-AA” və “Areal” MMC kimi şirkətlərin vasitəsilə onlarla tenderin qalibi olub. Bir şirkətin gördüyü işi, satdığı məhsulu eyni dövürdə digər şirkətlər də təkrar edib.
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Geri qayıt