Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR

Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR 2020-cu ildə Beyləqan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 275 min 199 manat məbləğində 19 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 2 milyon 713 min 961 manat xərcləyib. Yardımlı Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi “İnşaat Servis-2” MMC (1 milyon 713 min 961 manat) olmuşdur. “İnşaat Servis-2” MMC eyni zamanda 8 tenderdən 4-nün qalibidir.

Beyləqan Suvarma Sistemləri İdarəsi 3 tender keçirib ki, məbləği 472 min 315 manat təşkil edir. Ən böyük həcmli tenderin qalibi isə " RUZİ " MMC(249 min 031 manat) olmuşdur.

İşin maraqlı tərəflərindən biri də odur ki, yüz minlərlə manatlıq, hətta milyonluq tenderləri “ udan” “10 manatlıq” MMC-lər heç bir maddi və texniki bazası, ofisi, təsisçidən başqa işçisi və təcrübəsi “olmayan” şirkətlərdir və bu şirkətlərin hüquqi unvanı isə ev ünvanları göstərilir. Bəs bu qondarma şirkətlər milyonluq tenderləri necə qazanır? Bunu kim təşkil edir?

Ən əsası milyonlarla dövlət vəsaitini öz hesabına keçirən bu qondarma MMC-lər hər il dövlətdən nə qədər vergi yayındırırlar? İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti bu sualın cavabını bilirmi?

Bir daha qeyd edək ki, Azərbaycanda son illər icra hakimiyyətlərinin əsas qazanc mənbələri olan Dövlət satınalmalarında şübhəli tenderlərin artması barədə mətbuatda davamlı olaraq çoxsaylı məlumatlar dərc edilsə də, hələ də bu sahədə ciddi problemlər qalmaqda davam edir və əlaqədar qurumlar, xüsusən Maliyyə Nazirliyi və Vergi Xidməti bütün yazılanları görməməzlikdən və duymamazlıqdan gəlir.

Ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərdə eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi bu sahədə şəffaflıq məsələsini ciddi şəkildə aktuallaşdırır. DİA.AZ-ın araştırmasına görə demək olar ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yer alan tenderlərin 80-90%-i şübhəli tenderlərdir. Belə şübhəli tenderlər davamlı olaraq Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməkdədir. Araşdırmamız zamanı məlum oldu ki, Beyləqanın icra başçısı Asif Ağayevinsevimli şirkəti olan “İnşaat Servis-2” MMC-nin ümumiyyətlə ofisi yoxdur. Təkcə Beyləqanda yox, daha neçə rayonda tenderləri "udan" MMC-nin kimə məxsusluğunu araşdırarkən isə qarşımıza çox tanış bir ad çıxdı. Vüqar Aslanov… Bu həmin Vüqar Aslanovdur ki, “Veteks-2017” MMC şirkəti ilə uzun illər boyu Beyləqanda və Zərdabda böyük məbləğlərdə müxtəlif tenderləri udub. Beyləqanda və Zərdabda gördüyü işlərin bəziləri isə artıq dağlıb.

Görünür ki, “Veteks-2017 MMC” mətbuatın dilində çox hallandığı üçün Vüqar Aslanov bu dəfə “İnşaat Servis-2” MMC-ni dövriyyəyə salıb. Belə bir şübhəli şirkəti Asif Ağayevin seçməsi isə təsadüfi deyil. Bir zamanlar Şamaxıdakı neqativ əməlləri ilə ad çıxaran Asif Ağayev indi də eyni üsulla Beyləqanı talamaqdadır. Bunun başqa adı varsa, siz deyin...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR
Geri qayıt